Futbolçunun arvadı baldızlarını XƏSTƏXANALIQ ETDİ – FOTO

0
708

Futbolçunun arvadı baldızlarını XƏSTƏXANALIQ ETDİ - FOTO

Türkiyənin yığmasının keçmiş futbolçusu Emre Aşıkın həyat yoldaşı Yağmur Aşık məhkəməlik olub.

Yağmur Aşık Bəyoğlu səmtində işə gedərkən baldızları Kıymet Aşık və Aynur Aşık ilə mübahisə edib. Yaranan mübahisədə Aynur Aşık bacısı və gəlinlərini sakitləşdirməyə çalışarkən Yağmurun hücumuna məruz qalıb.

Bacılar Yağmur barəsində Taksim Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət ediblər. Şikayət əsasında İstanbul Baş Prokurorluğunun başladığı istintaqın gedişi zamanı Y.Aşıkın həqiqətən baldızlarını döydüyü məlum olub. Onlar məhkəməyə döyülmələri barədə tibbi arayış veriblər. Məhkəmə həmçinin Yağmurun baldızlarını döydüyünün video-görüntülərini də sübut olaraq qəbul edib.

Zərərçəkənlərin müdafiəçisi qanunvericiliyə uyğun olaraq “qəsdən yaralama, təhqir və təhdid” maddəsi ilə onun 7 ilə qədər həbs olunmasını istəyib.

Qeyd edək ki, Yağmur Aşık daha öncə də evinin bağçasında yaralı olaraq tapdığı bayquşu müalicə üçün apardığı baytara da hücum etmişdi. (fanat.az)

Futbolçunun arvadı baldızlarını XƏSTƏXANALIQ ETDİ - FOTO

BIR CAVAB BURAXIN