Futbolçudan Azərbaycana jest: Fars dilində “Yaşasın Azərbaycan”…

0
296

Ötən günlərdə Güney Azərbaycanın Təbriz şəhərini İran çempionatında təmsil edən “Traktor” futbol komandasına transfer edilən Məsud Şücayi klub tərəfdarlarına jest edib.

Teleqraf.com xəbər verir ki, qaşqay türklərindən olan Şücayi sosial şəbəkədə ana dilində paylaşım edərək, Azərbaycan komandasına qoşulmaqdan sevincini dilə gətirib:

“Əziz və hörmətli azərbaycanlı həmvətənlərimi salamlayıram. Məni qarşılamaq üçün Təbrizin hava limanına gəldiyinizə görə sizə səmimi qəlbdən təşəkkür edir, ayaqlarınız ağrımasın deyirəm. Səhənd və Savalanda olmaqdan məmnunam. Hədəfimiz gün kimi aydındır. Tək əldən səs çıxmaz. “Traktor”un şərəfli qırmızı bayrağının ucalarda dalğalanması üçün hamımız əl-ələ verməliyik. Yaşasın Azərbaycan”.

Məsud Şücayi fars ilində də paylaşım edərək, “Sən çağırsan gələrəm mən – Sən yaşa Azərbaycan” şüarını səsləndirib.

Qeyd edək ki, Şiraz şəhərində doğulan Şücayi qaşqay türklərindəndir. İspaniyanın “Osasuna” komandasının keçmiş oyunçusu ötən həftə “Traktor” klubuna transfer edilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twelve − 4 =