Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin növbəti oyunları keçirilib – NƏTİCƏLƏR

0
518

DÇ-2018-in seçmə mərhələsində ilk turun oyunları davam edir.

 

Avropa zonasında daha 9 oyun keçirilib.
D, İ və G qruplarında baş tutan qarşılaşmalarda 18 komanda mərhələyə uğurlu start verməyə çalışıb.

 

Ən maraqla gözlənilən qarşılaşmalardan biri  İ qrupunda keçirilən Xorvatiya – Türkiyə oyunu olub. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Həmin qrupun Ukrayna – İslandiya matçında da eyni nəticə qeydə alınıb.
İspaniya – Lixteynşteyn matçı gözlənildiyi kimi birincilərin darmadağını ilə yekunlaşıb – 8:0.

 

İlk dəfə beynəlxalq arenada rəsmi oyun keçirən Kosova isə Finlandiya səfərində 1 xalla dönməyi bacarıb. Balkanlılar finlərin vurduğu bir qola eyni sayda qolla cavab verə biliblər.

DÇ-2018

Seçmə mərhələ

I tur
5 sentyabr

D qrupu

 

Gürcüstan – Avstriya – 1:2

Uels – Moldova – 4:0

Serbiya – İrlandiya – 2:2

 

İ qrupu

 

Finlandiya – Kosovo – 1:1

Xorvatiya – Türkiyə – 1:1

Ukrayna – İslandiya – 1:1

 

G qrupu

İspaniya – Lixtenşteyn – 8:0

Albaniya – Makedoniya – 1:1 (yarımçıq qalıb)

İsrail – İtaliya – 1:3

 

BIR CAVAB BURAXIN