FTX indi də Mübarizə Mənsimovu hədəfə götürdü

0
372

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin İqtisadi Təhlükəsizlik Xidməti milyarder Mübariz Mənsimova məxsus “Palmali” şirkətinin Rusiyadakı bölməsində axtarışa başlayıb.
 Arazinfo.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı RT yayıb. Məlumata görə, “Palmali” 1 milyard rubldan artıq vergi ödəməyib. Bundan başqa, şirkət vəsaitlərin xaricə çıxarılmasında iştirak edib.
Qeyd edək ki, bundan öncə “Palmali” şirkətinin Rostov bölməsinin direktoru, Mübariz Mənsimovun yaxın adamlarından biri hesab edilən Aleksey Mixelova qarşı cinayət işi başlanmışdı. İstintaqa əsasən, o, su nəqliyyatı vasitəsi ilə malların daşınmasından alınan məbləğ barədə qəsdən yanlış məlumatlar verməkdə ittiham edilmişdi. Rusiya şirkətin 2010-cu il üçün 881 milyon rubl, 2011-ci il üçün isə 401 milyon rubldan artıq vergi ödəməli olduğunu bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

two × 5 =