FTB agenti gizli məlumatları Rusiyaya ötürməkdə ittiham olunur

0
616

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) agenti ölkəsinin dövlət sirlərini, o cümlədən hərbi peyklərin texniki xüsusiyyətlərini Rusiyaya satmaqda ittiham olunur.

Bu haqda TASS xəbər verib.

Məlumata görə, 49 yaşlı mühəndis Qreqori Allane Castis FTB-nin agenti olaraq 2000-ci ildən ABŞ Müdafiə Nazirliyində peykləriin quraşdırılması ilə məşğul olub. O, müstəntiqlərə etiraf edib ki, onu bu yola vadar edən guya həyat yoldaşının ciddi xəstələyidir.

“Castis öz tamahını ABŞ-ın texnologiyalar haqda gizli informasiyalarını xarici dövlətin casusuna satmaqda milli təhlükəsizlik maraqlarından üstün tutub”, – deyə ABŞ baş prokurorunun milli təhlükəsizlik məsələləri üzrə müavini Con Karlin bildirib.

Məlumatda bildirilib ki, günahını etiraf edəcəyi halda Castis 20 il azadlıqdan məhrum olunacaq. Məhkəmə dinləməsinin tarixi hələlik təyin edilməyib.

BIR CAVAB BURAXIN