Fransada 345 sarı jiletli həbs edilib

0
651

Fransada yanvar ayının 5-də sarı jiletlilər  tərəfindən həyata keçirilən etiraz aksiyası zamanı polislə toqquşmalara görə 345 nəfər həbs edilib.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, onlardan 281 nəfər barəsində cinayət işi açılıb. Məsələ ilə bağlı bu gün Fransanın nüfuzlu “Monde” qəzetinin yazdığına görə, həbs edilənlər arasında aksiya zamanı Parisdəki Leopald-Sedar-Senqor körpüsündə jandarmlara hücum edən şəxs yoxdur. Söhbət 2007-ci ildə Fransa çempionu titulu qazanan peşəkar boksçu Kristof Dettindən gedir. Polis bu gün səhər Dettinin yaşadığı evə gəlsə də, onu orada tapa bilməyib. Öz növbəsində Dettinin keçmiş baş məşqçisi RMC radiokanalının efirindəki çıxışında keçmiş şagirdinə müraciət edərək onu polis orqanlarına təslim olmağa çağırıb. Dettinin  polislərə hücumu zamanı onlardan bir neçəsi ağır xəsarət alıb. Xəsarət alan polislər Dettinin cəzalandırılması üçün müvafiq qurumlara şikayət ərizəsi ilə müraciət ediblər.