Fransa və Portuqaliya mundiala vəsiqə qazandı

0
564

DÇ-2018-in seçmə mərhələsində Avropa zonasında qrup oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, sonuncu oyun günündə A, B və H qrupundakı komandaların taleyinə aydınlıq gəlib.

 

A qrupunda Fransa ilk pillədə qərarlaşaraq, mundiala birbaşa yollanmaq hüququ qazanıb. İkinci yerin sahibi isə İsveç yığması olub. Onlar sonuncu turda Hollandiyaya 0:2 hesabı ilə uduzsalar da, pley-offa yüksəliblər.

 

B qrupunda birinci yer uğrunda mübarizə sona qədər davam edib. Yekunda İsveçrəni 2:0 hesabı ilə üstələyən Portuqaliya millisi dünya çempionatının final mərhələsinə birbaşa yollanacaq komanda adına yiyələnib. İsveçrə isə qrup ikincisi kimi pley-offda iştirak edəcək.

 

H qrupunun birincisinin Belçika yığması olacağı əvvəldən məlum idi. İkincilik uğrunda mübarizədə isə Yunanıstan üstün tərəf olub və pley-offa qatılmaq hüququna yiyələnib.

 

 

 

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası

X tur

 

A qrupu

Hollandiya – İsveç – 2:0

Qollar: Robben, 15 (pen.), 40

Fransa – Belarus – 2:1

Qollar: Qrizmann, 27; Jiru, 33 – Saroka, 44

Lüksemburq – Bolqarıstan – 1:1

Qollar: Till, 3 – Çoçev, 68

 

1. Fransa 10 7 2 1 18:6 23
2. İsveç 10 6 1 3 26:9 19
3. Hollandiya 10 6 1 3 21:12 19
4. Bolqarıstan 10 4 1 5 14:19 13
5. Lüksemburq 10 1 3 6 8:26 6
6. Belarus 10 1 2 7 6:21 5

 

B qrupu

Portuqaliya – İsveçrə – 2:0

Qollar: Curu, 41 (avtoqol); Andre Silva, 57

Macarıstan – Farer adaları – 1:0

Qol: Bode, 81

Latviya – Andorra – 4:0

Qollar: İkaunieks, 11; Sabala, 19, 59; Tarasovs, 63

 

1. Portuqaliya 10 9 0 1 32:4 27
2. İsveçrə 10 9 0 1 23:7 27
3. Macarıstan 10 4 1 5 14:14 13
4. Farer Adaları 10 2 3 5 4:16 9
5. Latviya 10 2 1 7 7:18 7
6. Andorra 10 1 1 8 2:23 4

 

H qrupu

Yunanıstan – Cəbəllütariq – 4:0

Qollar: Torosidis, 32; Mitroğlu, 61, 63; Canniotas, 78

Estoniya – Bosniya və Herseqovina – 1:2

Qollar: Antonov, 75 – Hayroviç, 48, 84

Belçika – Kipr – 4:0

Qollar: Azar, 12, 52, 62 (pen.); Lukaku, 78

 

1. Belçika 10 9 1 0 43:6 28
2. Yunanıstan 10 5 4 1 17:6 19
3. Bosniya və Hersoqovina 10 5 2 3 24:13 17
4. Estoniya 10 3 2 5 13:19 11
5. Kipr 10 3 1 6 9:18 10
6. Cəbəllütariq 10 0 0 10 3:47 0

 

BIR CAVAB BURAXIN