Fransa kimi seçəcək: Makronu, yoxsa Le Peni?

0
721
 

Son məlumatlara görə, 33,2 milyon seçicinin səsi hesablandıqdan sonra məlum olub ki, «İrəli» hərəkatının təsisçisi Emmanuel Makron 23,11, Milli cəbhə partiyasının lideri Marin Le Pen isə 23,08 faiz səs toplayıb.

Fransız xalqı mayın 7-də məhz onlardan birini prezident seçəcək.

 

Fransada keçirilən prezident seçkilərinin nəticələrindən dərhal sonra çıxış edən namizədlər və bir sıra digər rəsmi şəxslər seçiciləri mayın 7-ə təyin olunmuş prezident seçkilərinin ikinci turunda «İrəli» hərəkatının təsisçisi Emmanuel Makrona səs verməyə çağırıblar.

“Report” xəbər verir ki, seçicilərin 19 faizinin səsini toplayaraq II tura çıxa bilməyən sağ mərkəzçi «Respublikaçı» partiyasından prezidentliyə namizəd Fiyon çıxışında seçiciləri Milli Cəbhə partiyasının lideri Marin Le Penə səs verməkdən imtina etməyə çağırıb. O, özünün «İrəli» hərəkatının təsisçisi Emmanuel Makrona səs verəcəyini bildirib.

Sosialist partiyasından olan və növbəti tura keçə bilməyən Benua Omon, həmçinin Fransanın baş naziri Bernar Kaznöv də çıxışlarında seçiciləri Emmanuel Makrona səs verməyə səsləyiblər.

Seçkilərin II turuna keçən Emmanuel Makron özü isə I turdakı qələbəsini Fransa tarixində yeni səhifənin açılması kimi qiymətləndirib.

Qeyd edək ki, Milli Cəbhə partiyasının lideri Marin Le Pen seçki kampaniyası, o cümlədən seçkilərin gedişi zamanı bir sıra rısklərlə üzləşməsinə baxmayaraq, növbəti tura keçməyə nail olub. O, çıxışında seçiciləri Fransua Ollandın “davamçısı”nı məğlub etməyə və beləliklə Fransa xalqını xilas etməyə çağırıb.

Bu arada məlum olub ki, “Milli cəbhə” partiyasının sədri Marin Le Pen səslərin 50 faizinin hesablanmasından sonra yenə liderdir.

Virtualaz.org-un məlumatına görə, Marin Le Pen səslərin 50 faizinin hesablanmasından sonra 24,1 faiz səs toplayıb. “İrəli” hərəkatının banisi Emmanuel Makron – 22,44 faiz, “Respublikaçılar” partiyasından namizəd keçmiş baş nazir Fransua Fiyon – 19,57 faiz səs toplaya biliblər.

Onu da qeyd edək ki, yüzlərlə gəncin seçkilərin nəticələrindən dərhal sonra toplaşdığı «Bastiliya» meydanında Marin Le Penə qarşı etiraz aksiyası başlayıb.

 

“Milli cəbhə” partiyasının sədri Marin Le Pen və “İrəli” hərəkatının banisi Emmanuel Makron Fransada prezident seçkilərinin ilk turunda liderlik edirlər. “Respublikaçılar” partiyasından namizəd keçmiş baş nazir Fransua Fiyon isə bir qədər geri qalır.

Trend-in verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin ilk rəsmi məlumatında deyilir.

Bu arada Parisin mərkəzində, Bastiliya meydanında prezident seçkilərinin ilk nəticələrinin elan olunmasından sonra etiraz aksiyasının başladığı haqda da məlumat yayılıb.

Məlumata görə, polislərin yaxınlıqdakı küçələrə giriş-çıxışı bağladıqlarına görə, toplaşan insanlar meydanın mərkəzində sütunların ətrafında gəzirlər.

Xəbərdə deyilir ki, meydanda artıq bir neçə yüz nəfər toplaşıb.

Fransada keçirilən prezident seçkiləri ilə bağlı ilk exit-pollun nəticələri məlum olub.

APA-nın məlumatına görə, Belçikanın RTBF telekanalı exit-pollun saat 12.00-a nəticələrinə əsasən sabiq iqtisadiyyat naziri, “En Marche” (Yürüş) Hərəkatının lideri Emmanuel Makron və radikal Milli Cəbhənin lideri Marine Le Penin prezident seçkilərinin birinci turunda liderlik etdiklərini bildirib.

Exit-polla əsasən E. Makron səslərin 24 faizini, M. L. Pen səslərin 22 faizini toplayıb. Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon 20,5 faiz səslə üçüncü, radikal solun namizədi Jan-Lyuk Melanşon 18 faiz səslə dördüncü yerdə qərarlaşıb.

 

 

BIR CAVAB BURAXIN