Fransa hökumət orqanları İranın Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyinin bank hesablarını dondurub.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə AFR agentliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, İran xüsusi xidmət orqanlarının bank hesabının yenidən dondurulmasına səbəb adı çəkilən ölkəyə qarşı tətbiq edilən yeni sanksiayalardır.
Fransa hökuməti həmçinin terrorçuluqda günahlandırılan İran kəşfiyyatının əməkdaşı Əsədulla Əsədinin də bank hesablarını dondurub.
Qeyd edək ki, iki il əvvəl İranın nüvə sialhı ilə bağlı imzalanan beynəlxalq anlaşma əsasında Tehrana xarici banklardakı dondurulmuş 100 milyard dollardan istifadə etmək imkanı verilmişdi. Amma Tehrana qarşı ABŞ tərəfindən yeni sanksiyalara baş vurulması Fransanı yenidən iranın bank hesablarını dondurmağa məcbur edib.