Fransa «İD» mövqelərinə aviazərbələr endirməyə başladı!

0
685

AzPolitika.info «BBC»-yə istinadla xəbər verir ki, Fransa «İslam dövləti» adlandırılan qruplaşmanın İraqdakı mövqelərinə aviazərbələr endirməyə başlayıb.

Bundan əvvəl «AFR» agentliyi «Şarl de Qoll» aviadaşıyıcısından bir neçə «Rafael» qırıcı təyyarəsinin havaya qalxdığını xəbər vermişdi. Agentlik aviadaşıyıcının göyərtəsində olan mənbəyə istinadla xəbər verir ki, zərbələr «İD» qruplaşmasının İraqdakı «qalası» sayılan Mosul şəhərinə endiriləcək.

«RTL» Fransız radiosunun məlumatına görə, cümə günü keçiriləcək əməliyyatlarda 24 təyyarənin iştirakı planlaşdırılıb.

«Şarl de Qoll» Fransanın yeganə aviadaşıyıcısıdır və bölgəyə sentyabrın əvvəllərində göndərilib. Bu səfər aviadaşıyıcının, ABŞ-ın rəhbərliyi altında İraq və Suriyada fəaliyyət göstərən koalisiyanın tərkibində 3-cü missiyasıdır. Məlumdur ki, Fransa bölgədə hərbi əməliyyatlara 2015-ci ilin fevralından qoşulub.

BIR CAVAB BURAXIN