Fransa Argentina üzərində möhtəşəm qələbə qazandı

0
562

Bu gün DÇ-2018-də 1/8 final mərhələsinə start verilib.

Arazinfo.com saytının verdiyi xəbərə görə,ilk oyun günündə dünya çempionatı başlamamışdan əvvəl turnirin əsas favoritlərindən hesab olunan iki komanda  1/8 final mübarizəsində üz-üzə gəlib. C qrupunda Danimarka, Peru və Avstraliya ilə mübarizəni lider tamamlayan Fransa D qrupunun ikincisi Argentina ilə qarşılaşıb. Müasir dünya futbolunun ən güclü oyunçularını qarşı-qarşıya gətirən matç gərgin mübarizə şəraitində keçib.

Qrup mərhələsinə istədiyi kimi başlamayan, yalnız son oyundan sonra pley-offlara yüksəlməyi bacaran cənubi amerikalılar həlledici məqamda onlara bəslənən ümidləri doğrultmaq üçün əllərindən gələni etsələr də buna nail ola bilməyiblər. Fransızlar isə qrup liderliyinin təsadüfi olmadığını sübuta yetirə bildilər. Oyunda hesabı 13-cü dəqiqədə penaltidən Qrizman açıb. Birinci hissənin sonunda Di Mariya gözəl zərbə ilə hesabı bərabərləşdirib. İkinci hissədə Merkado argeninalıları hesabda irəli çıxarıb. Amma Pavar 57-ci dəqiqədə hesabı bərabərləşdirib. 64-ci dəqiqədə is Mbappe komandasını hesabda irəli çıxarıb. 68-ci dəqiqədə isə Mbappe komandasının 4-cü topunu argentinalıların qapısından keçirib Oyuna əlavə edilən 3-cü dəqiqədə Aquero komandasının 3-cü topunu vurub. Amma argentinalıların bundan artığına gücü çatmayıb. Beləliklə Argentina mübarizənə dayandırıb.

Fransa – Argentina – 4:3

Qollar: Antuan Qrizmann, 13 (pen.); Benjamin Pavar, 57; Kilian Mbappe, 64, 68 – Anxel Di Mariya, 41; Qabriel Merkado, 48; Serxio Aquero, 90+3

Sarı vərəqələr: Blez Matuidi, 72; Benjamin Pavar, 73; Olivye Jiru, 90+3 – Markos Roxo, 11; Nikolas Talyafiko, 19; Xavyer Maskerano, 43; Ever Baneqa, 50; Nikolas Otamendi, 90+3

Baş hakim: Alirza Fagani (İran)

Kazan, “Kazan Arena”

Fransa: 1. Uqo Loris (k), 2. Benjamin Pavar, 4. Rafael Varan, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann (18. Nabil Fekir, 83), 9. Olivye Jiru, 10. Kilian Mbappe (20. Florian Toven, 89), 13. Nqolo Kante, 14. Blez Matuidi (12. Korentin Tolisso, 75), 21. Lyuk Ernandes

Ehtiyat oyunçular: 16. Stiv Mandanda, 23. Alfons Areola, 3. Prenel Kimpembe, 8. Toma Lemar, 11. Usman Dembele, 15. Stiven Nzonzi, 17. Adil Rami, 19. Cibril Sidibe, 22. Benjamin Mendi

Baş məşqçi: Didye Deşam

Argentina: 12. Franko Armani, 2. Qabriel Merkado, 3. Nikolas Talyafiko, 10. Lionel Messi (k), 14. Xavyer Maskerano, 15. Enzo Perez (19. Serxio Aquero, 66), 17. Nikolas Otamendi, 7. Ever Baneqa, 11. Anxel Di Mariya, 22. Kristian Pavon (13. Maksimiliano Meza, 75), 16. Markos Roxo (6. Federiko Fazio, 46)

Ehtiyat oyunçular: 1. Nahuel Quzman, 23. Villi Kabalyero, 4. Kristian Ansaldi, 5. Lukas Bilya, 9. Qonzalo İquayn, 20. Covanni Lo Selso, 21. Paulo Dibala, 8. Markos Akunya, 18. Eduardo Salvio

Baş məşqçi: Xorxe Sampaoli

BIR CAVAB BURAXIN