Florida sahili yaxınlığında okeannın dibində 2 böyük ehram var.
Publika.az bildirir ki, ufoloqlar bu iddia ilə “Google Maps” və “Google Earth” xidmətlərinin vasitəsilə alınmış təsvirlərin öyrənilməsinə əsasən çıxış ediblər.
Yeni kəşf haqqında videosüjet “secureteam10” Youtube kanalında yerləşdirilib. Bu haqda “Sun” nəşri məlumat yayıb. Sensasiyalı kəşfi çoxdan müxtəlif anomaliyaların öyrənilməsi ilə məşğul olan Skott adlı ufoloq edib.
Skottun sözlərinə görə, ehramlar Nyu-Providens adasının yanındadır. Ehramların xülasələri kifayət qədər aydın görünür və onların mövcudluğu sübut edir ki, adada qədim insanlar məskən salmışdılar. “Ola bilər ki, onlar Astek sivilizasiyasının nümayəndələri idilər”, – deyə o, bildirib.