Filippində 60 min nəfər evakuasiya edilib

0
609

Filippində Mayon vulkanının seysmik fəallığı səbəbilə, təxminən, 60 min nəfər müvəqqəti yaşayış yerlərinə evakuasiya edilib.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun məlumatına görə, lava püskürməsi 600 metr yüksəkliyə çatır və kül sütunları 5 kilometrədək qalxır.

İnstitutun məlumatında insanlara 8 km radiusda vulkana yaxınlaşmamaq tövsiyə olunur.

Bu həftə Mayon vulkanının püskürmə təhlükəsi beş kateqoriyadan dördüncüsünə qədər yüksəldilib.

Qeyd edək ki, vulkan ötən həftədən bəri aktivləşib. O, Filippinin paytaxtı Manila şəhərindən 340 km məsafədə olan Albay vilayətində yerləşir. Vulkan ilk dəfə 1616-cı ildə püskürüb, ən ölümcül püskürmə isə 1814-cü ildə baş verib: 1200 nəfər ölüb.

 

BIR CAVAB BURAXIN