Fatimə: “Rəqqasələr var ki, məni öldürərlər” – Video

0
371


 

ARB TV-nin “Gəlin Danışaq” verilişinin növbəti qonağı rəqqasə Fatimə Fətəliyeva olub.

Maraqlı açıqlamaları ilə diqqət çəkən rəqqasə, ilk olaraq həmkarlarından söz açıb:

“Müğənnilər arasında elə rəqabət olur ki, rəqqasələr onların yanında toya getməlidir. Mən nələr etmişəmsə səhnə üçün qurban etmişəm. Bu vaxta qədər görün mən nə qədər konsert vermişəm. Ümumi götürsək 6 konsert var. Mən bunları edəndə hansısa rəqqasəyə görə etməmişəm, özümə görə etmişəm. Çalışmışamki yeni bir şeylər edəm. Bu gün rəqabət varsa da çirkin olmasın. Elə şeylər olur ki, gəliblər mənə söz deyiblər. Bəlkə də o rəqqasəni istəməyib elə olsun. Elə alındırıblar ki, baxmışıq ki, düşmənik. Mənim qəlbimdə heç bir rəqqasəyə qarşı qara qanlar axmayıb”.

Fatimə daha sonra həmkarları ilə yaşadığı problemlərdən danışıb:

“Burdan bütün rəqs aləmində olanlara demək istəyirəm ki, bilirəm ki, məni çox insanlar sevmir. Elə rəqqasələr var ki, tanımırlar, amma məni öldürərlər. Belə şey lazım deyil. Demirəm məni sevin. Məni sevməyin sadəcə ürəyinizdə qara qanlar getməsin”.

Sonda rəqqasə küsəyən biri olduğunu da vurğulayıb:

“Həmişə istəmişəmki barışıqlar olsun amma olmayıb. İlk addımı çox atmışam. Bu il küsəyən rəqqasə adı almışam. Küsürəm ama tez barışıram”.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twenty + twenty =