Faiq Ələkbərli Türk dünyasının problemləri ilə bağlı Türkiyədə konfrans keçirəcək

0
878
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli 2018 ci il dekabrın 20 -də Türkiyənin Burdur şəhərində Mehmet Akif Ersoy universitetində “Türk dünyasının yeni məsələləri və həll yolları” mövzusunda konfrans verəcəkdir. Konfransda Türk dünyasının əsas problemləri və əngəlləri, eyni zamanda yeni hədəflər barədə məsələlər səsləndiriləcək.
Bu barədə Arazinfo.com-a məlumat verən F. Ələkbərli bildirdi ki, dekabrın 22-də isə İstanbulda “Azərbaycan türklərinin qarşısında dayanan yeni hədəflər və vəzifələr” mövzusunda da konfrans verəcək. Hər iki konfransda məqsəd Türk birliyi, bu birlikdə Azərbaycan türklərinin birliyinin vacibliyini ortaya qoymaqdır.