Fədayə Laçının avtoritet Qoca ilə səmimi – Fotosu yayıldı

0
482

Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilərən müğənni Fədayə Laçının avtoritetlə fotosu yayılıb.

Teleqraf.com xəbər verir ki, müğənninin “Qoca” ləqəbli Etibar Məmmədovla birgə çəkilmiş səmimi görüntüsünü diqqət çəkib.

Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

F. Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

20 + seventeen =