“Evlərinin önü yonca” mahnısının ifaçısı unudulmaz Səid Sinan

0
1464
Bu gün də Səid Sinan imzasını yəqin ki, çoxları tanıyır. O, ömünün çox hissəsini elmə, ədəbiyyata həsr etməsinəı baxmayaraq, istər Vətəi Kərkükdə, istər də  bir müddət işlədiyi Azərbaycanda Kərkük mahnılarının gözəl ifaçısı kimi sevilir. Səid Sinanın mərhum müğənni Nərminə Məmmədova ilə oxuduğu “Evlərinin önü yonca”, “Axşam olur” və  başqa kərkük duetləri onu Azərbaycanda hamıya sevdirmişdi.
Xüsusən də “Evlərinin önü yonca” mahnısı 1962-ci ildə ifa olunanda hamı o nəğmənin sehrinə düşmüşdü.
Sinan Səid 1934-cü ildə İraq ərazisindəki Kərkük şəhərində anadan olub. Onun aid olduğu nəsil ziyalılığına, şeirə, musiqiyə sevgisinə görə fərqlənib. Sinan Səid 25 yaşında olarən Bakıya dəvət edilir.  1959-cu ildə Beynəlxalq Radionun ərəb şöbəsi fəaliyyətə başlayarkən Sinan Səid müqavilə əsasında Bağdad radiosundan Azərbaycana gəlir. 1970-ci ilə qədər Bakı Radio və Televiziya Komitəsinin ərəbcə verilişləri şöbəsində çalışır.
Kərkükdən Bakıya gələrkən,onun ali təhsii yox idi. Amma Bakıda yaşadığı illərdə  ali təhsil ala bilir: 1965-ci ildə ADU-nun Jurnalistika şöbəsini bitirir, 1969-cu ildə Bakıda “İraq-türkman mətbuatı və ədəbi məsələlər” mövzusunda namizədlik dissertasiyası müdafiə edir.
Bakıya orta təhsilli şəxs kimi gələn Sinan Səid 1970-ci ildə öz işinə xitam verib İraqa qayıdanda artıq elmlər namizədi idi.
1970-ci ildən Bağdad Universitetinin Jurnalistika fakültəsində dərs deyir, 1975-1980-ci illərdə fakültənin dekanı olur. Azərbaycan ədəbiyyatının ərəb dilinə tərcüməsi sahəsində xidməti böyükdür. Süleyman Rəhimovun “Ata və oğullar” hekayələr toplusunu, “Dost əlləri” şeirlər toplusunu “Molla Pənah Vaqif”, “Mirzə Ələkbər Sabir”, “Cəlil Məmmədquluzadə” monoqrafiyalarını ərəb dilinə çevirib.
Azərbaycan şairlərinin şeirlərini tərcümə edərək, geniş müqəddimə ilə “Ərəb ellərinə Azərbaycan nəğmələri” (Bağdad, 1971) kitabını çap edib”. Sinan Səid  1990-cı  ildə vəfat edib.
Araşdırmaçı jurnalist Əli Şamil Moderator.az-a açıqlamasında Sinan Səidlə bağlı iki xatirəsini danışıb. Xatirələrdən biri Sinanın hələ Bakıda olduğu vaxtlara aiddir:
“O zaman biz tələbə idik. Səid Sinan Bakıda işləyir və burada elmi işini müdafiə edirdi. Müdafiə günündə biz bir neçə tələbələr tökülüşüb olanımız qəpik-quruşla bir dəstə qərənfil alıb, müdafiə olunan yerə getdik. Zalda adam çox idi. Amma indiki, kii yadımdadır, Səin Sinan bizi görən kimi ayağa qalxdı və ağladı. Dedi ki, buradakıların hamısı mənim şəxsən tanıdığım və oturub durduğum adamlardı. Amma tanımadığım bu tələbələrin elmi müdafiəmə gəlişi məni çox kövrəltdi”.
İkinci xatirə isə,artıq Səid Sinanın Bakıdan getdiyi vaxta təsadüf edir:
“1975-ci ildə Sovetlər Birliyindən İraqa gedən gənclərdən ibarət turist qrupuna Naxçıvan vilayət komsomol komitəsinin birinci katibi rəhbərlik etməli idi. Ona bir suvenir hədiyyə verdim. Xahiş etdim ki, hədiyyəni Bağdad Universitetinin Rus dili Və ədəbiyyatı kafedrasının müdiri Seyid Sınama versin. O da böyük həvəslə razı oldu. Səid Sinanın oxuduğu mahnıları sevirdi. Geri qayıdanda dedi. Səid Sinanla gorushmek istədiyimi Sovetlərin Bağdadda ki səfirinə dedim. Səfir qəti bildirdi ki, Səid Sinanla gorushmek məsləhət deyil”.

BIR CAVAB BURAXIN