Evində tək-tənha ölən – Azərbaycanlı məşhurlar

0
672

Dünən gecə evində ölü tapılan xalq artisti Zərnigar Ağakişiyeva ilə bənzər taleyi yaşayan bir neçə məşhurumuz var. Arazinfo.com Teleqraf.com-a istinadən həmin məşhurları təqdim edir.

Aktyor Elçin Həmidov – 42 yaşında ürək xəstəliyindən vəfat edib. Pəncərədən evə daxil olan FHN əməkdaşları orada E.Həmidovun cəsədini tapıblar.

Məşhur futbolçu Ələkbər Məmmədovunmeyiti yaşadığı evdə tapılıb. Futbolçudan xəbər ala bilməyən yaxınları FHN köməkliyi ilə mənzilə baxış keçirib, Ələkbər Əmir oğlu Məmmədov hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Psixoloq Dəyanət Rzayev. Depressiyadan əziyyət çəkən psixoloq özünü yaşadığı evdə kəmərlə boğub.

Xalq artisti İlhamə Quliyeva da evində meyiti tapılan məşhurlar sırasındadır. Müğənni 2 il öncə, fevralın 25-də ürək tutmasından vəfat edib.

Qeyd edək ki, xalq artisti Zərnigar Ağakişiyeva təxminən 2-3 gün əvvəl ürək xəstəliyindən vəfat edib və dünən gecə saatlarında yaşadığı mənzildə meyiti tapılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 × 3 =