“Evim 7 yerdən partlayıb” – Şamaxı sakinləri qorxu içində

0
570
 

Şamaxının Saqiyan kənd sakinləri evlərində gecələyə bilmir. “ARB TV”dəmn virtualaz.org-a verilən məlumata görə, səbəb uzun müddətdir ki, Şamaxını cənginə alan torpaq sürüşməsidir. Sürüşmə zonasında yerləşən Şamaxının ən təhlükəli ərazisi məhz Saqiyan kəndi hesab olunur.

Kənddəki vəziyyəti işıqlandırmışıq. Hasarlar dağılıb, evlər uçub, tavan çöküb. Bu, Şamaxının Saqiyan kəndindəki ümumi mənzərənin təsviridir. Kəndin bu vəziyyətə düşməsinin səbəbi isə sürüşmədir. Havaların yağmurlu və soyuq keçməsi sakinlərin vəziyyətini daha da çətinləşdirib.

Aydın Cəfərov (sakin): “Gecə evdə heç kim qalmır. Gündüz gəlirik, çay-çörək yeyib axşam qonşulara gedirik”.

Səməndər Aslanova (sakin): “Evim 7 yerdən partlayıb. Tək qala bilmirəm. Qorxuram”.

Bəzi ailələr evlərini tərk edib. Qəzalı vəziyyətə düşən 3 evdə isə vəziyyət daha acınacaqlıdır. Saqiyan kənd bələdiyyəsi evlərin qəzalı vəziyyətə düşməsi ilə bağlı lazımı qurumlara məlumat verildiyi deyilir.

Bildirilir ki, onlar da sakinlər kimi veriləcək qərarı gözləyir.

BIR CAVAB BURAXIN