ETSN-nin bu səlahiyyəti əlindən alındı

0
427

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin atmosfer havasına zərərli maddə atılmasına görə obyektlərin fəaliyyətini dərhal dayandırmaq səlahiyyəti ləğv olunub.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edib.

İndiyə qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və onun müvafiq qurumlarının atmosfer havasının istehsalat məqsədləri üçün istifadəsini, habelə atmosfer havasına zərərli maddələrin atılması və ona zərərli fiziki təsirin norma və qaydalarını, xüsusi icazə şərtlərini pozan obyektlərin fəaliyyətini məhdudlaşdırmaq və müvəqqəti dayandırmaq səlahiyyəti olub. Dəyişikliyə əsasən isə bundan sonra nazirlik və onun müvafiq qurumlarının yalnız atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişləri yerinə yetirilmədikdə, icazəni dayandırmaq və ya ləğv etmək səlahiyyəti var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

seventeen + five =