etimlər evində böyüyən prezident – Kərimov kimə görə göz yaşı töküb?

0
610

Bir az əvvəldən başlayaq, gələk, düz Özbəkistan prezidenti İslam Kərimovun ölməyi ilə bağlı yayılan şayiələrə qədər danışaq…

 

Özbəkistan SSR-in Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi olandan, yəni 1989-cu ildən ölkədə öz siyasəti ilə seçilirdi. Üç dəfə Özbəkistan prezidenti seçilib – 1991-ci ilin dekabrında, 2000-ci ilin yanvarında və 2007-ci ilin dekabrında ümumxalq seçkilərində.

 

İslam Əbdüqəni oğlu Kərimov 30 yanvar 1938-ci il Özbəkistanın Səmərqənd şəhərində doğulub. Atası iranlı Əbdüqəni Kərimov, anası isə tacik Sanubər Kərimovanın 1941-ci ildə uşaq evinə verdikləri İslam Kərimov bir ildən sonra yenidən ailəsinə qayıdır. Lakin 1945-ci ildə yenidən uşaq evinin əbədi qonağı olur. Orta məktəbi bitirdikdən sonra Daşkənddə Orta Asiya Politexnik institutuna qəbul olur. 1960-cı ildə Kərimov mühəndis-mexanik ixsisası ilə universitet təhsilini başa vurur.

 

Universiteti bitirdiyi il “Taşselmaş” zavodunda işləməyə başlayır. Usta köməkçisi kimi… 1961-1966-cı illərdə “Çkalov” adına Daşkənd aviasiya istehsalat birliyində mühəndis, konstruktor və aparıcı mühəndis-konstruktor işləyir.

 

1967-ci ildə o, Daşkənd institutunu bitirərək iqtisadçı ixtisasına yiyələnir. 1983-cü ildə onu Özbək SSR-in maliyyə naziri təyin edirlər. 1986-cı ildə Özbək SSR Nazirlər Şurasının sədr müavini və respublikanın Dövlət Plan Komitəsinin sədri seçilir. 1986-1989 illərdə Kərimov Kommunist Partiyasının Kaşkadarinskaya vilayət komitəsinin birinci katibi işləyir. (Təbii ki, bu işləri təkbaşına görmürdü).

 

news-detail

 

Uğura doymayan Kərimov

 

1989-cu ilin iyununda Kərimov Rafiq Nişanovun vəzifəsindən getməsindən sonra SSRİ Ali sovetinin Özbəkistan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi təyin edilir. 1990-cı ilin martında Kərimov hazırki vəzifəsinə, yəni respublika prezidentliyinə seçilir. 1991-ci ilin mart ayında SSRİ-də müttəfiq respublikalarla referendum keçiriləndə özbək xalqını Sovet İttifaqının tərkibində qalmağa səsləyir.

 

31 avqust 1991-ci ildə Kərimov Özbəkistan Respublikasının dövlət müstəqilliyini elan edir. 1995-ci ilin martında Özbəkistanda referendum keçiriləndə onun prezident səlahiyyətləri müddəti 2000-ci ilə qədər uzadılmışdı. 2000-ci ilin yanvarında Kərimov yenidən dövlət başçısı postuna seçilir. 2002-ci ilin yanvarında Özbəkistanda prezident seçkiləri 5 ildən 7 ilə qaldırılır və Kərimov daha yeddi il müddətinə öz taxtında qalır.

 

Artıq o, dövlət inkişafının nüfuzlu modelini seçə bilmişdi. Lakin əhalinin əksəriyyəti üçün yaşayış səviyyəsini real olaraq, yaxşılaşdıra bilmirdi. Ona görə də getdikcə əvvəlki qanunauyğunluğunu tədricən itirməyə başlayır. İqtisadi vəziyyətin pisləşməsi hakimiyyətdə də mübarizənin kəskinləşməsinə gətirib çıxarmışdı. Vəziyyət 1999, 2000 və 2004-cü illərdə xüsusilə pik həddə çatmışdı. Artıq Daşkənddə partlayışlar və terror aktları başlamışdı. Kərimov cavab olaraq, respublikada kütləvi həbslərə başlayır.

 

Ekspertlərin fikrincə, 1990-cı illərin başlanğıcından Kərimov Özbəkistanın müstəqil xarici siyasətinin olmasına çalışırdı, lakin sərhəd qonşuları Tacikistan və Əfqanıstanda hərbi münaqişələrə görə, daha güclü himayəçilərdən dəstək almalı idi. 1999-cu ildə Özbəkistana MDB-yə üzv olsa da, Zaqafqaziyada və Orta Asiyada Rusiyanın hərbi gücünün artması Kərimovun MDB-dən çıxmasına gətirib çıxarır.

 

2007-ci ilin sentyabrında yenidən seçki kampaniyası başladı. Həmin ilin oktyabrında Özbəkistanın liberal-demokratik partiyası öz namizədi kimi Kərimovu irəli sürdü. Müxalifət nümayəndələri Kərimovun irəliləməsinə qarşı çıxdılar, çünki qanunla o, artıq prezident seçilə bilməzdi. Prezident postuna başqa namizədlərin olmasına baxmayaraq, Kərimovun qələbəsi qabaqcadan müəyyən edilmişdi.

İki qadının gücü ilə irəliləyən prezident

 

news-detail

 

İslam Kərimovun birinci həyat yoldaşı Natalya Petrovna Kuçma 71 yaşında Daşkənddə vəfat edib. İslam Kərimov milliyyətcə yəhudi olan Natalya Petrovna (Pinxausovna) Kuçma ilə 1964-cü ildə evlənib. Və ilk övladları Pyotr Kərimov dünyaya gəlib. Kuçmanın prezidentin yüksəlişində rolu çox böyük olub. Lakin Kərimovun ilk evliliyi uğursuz olub.

 

İkinci dəfə İslam Kərimov Tatyana Akbarovna Kərimova (atası tacik, anası yəhudi) ilə evlənib.

 

İkinci arvadı Kərimovun irəliləməsində uzaq qohumları sayəsində nail olub. O zamanlar SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsində çalışan yəhudi əsilli qohumlar (Liqaçov və Yakovlev) 1989-cu ildə İslam Kərimovun Özbəkistan SSR Kommunist Partiyasına rəhbər təyin olunmasına kömək ediblər.

İslam Kərimov Özbəkistan Kommunist Partiyasının birinci katibi təyin olunan zaman müəyyən problemlərlə üzləşib. Mixail Qorbaçov Kərimovun atası Əbdüqəni Kərimovu xalq mülkiyyətini oğurlamaqda günahlandıraraq, təyinatına mane olub. Kərimov bu xəbəri eşidəndə özünə qapılıb. Yalnız bir həftə sonra A.Yakovlev (yenə də Kərimovun arvadının xahişi ilə) Qorbaçovun yanına gedərək onun Özbəkistan Kommunist Partiyasının birinci katibi kimi işləməsini təmin etməsini xahis edib. Bu razılıq əldə olunanda isə Yakovlev Qorbaçova üzərində Rusiya çarı II Nikolayın əksi olan əntiq qızıl sikkə verib. Bununla da Kərimov istədiyi postu ələ ala bilir.

 

Pyotr Kərimov kimdir və hardadır?

 

news-detail

 

İslam Kərimov keçmiş arvadına özünə lazım olan zamanlarda diqqət ayırıb. Məsələn, “Andropov təmizliyi” başlayanda Özbəkistanda “pambıq işi” adlanan istintaq aparılırdı. Məhz o zaman Kaşkadərya Vilayət Partiya Komitəsinin katibi İslam Kərimov Natalyanın yanına gələrək oğullarının hərbi xidmətə yollamaqlarını tələb edir. Çünki bu, onun nüfuzuna zərər verirdi. Lakin keçmiş arvadı onun sözlərinə qulaq asmayıb. Həm də Pyotr səhhətinə görə, hərbi xidmətə yararlı deyildi. Amma hər şeyə rəğmən, Kərimov Pyotru sovet ordusuna xidmətə göndərir.

 

Pyotrun necə xidmət etdiyi məlum olmasa da, bütün mərhələlərdən keçdiyi deyilir. Onun çənəsində çapıq var idi. Həmişə etiraf edirdi ki, Leninqradda məzuniyyət vaxtı gəzəndə siqaret istəyən gənclərə “çəkmirəm” dediyi üçün avaralarla dava edib. Və o, bunu deyəndə utanırdı. Onun dostlarından biri danışır ki, birinci kursda ali riyaziyyat fənni keçirdik. Həmin fənni bizə yaşlı qız Tamara tədris edirdi. Bir dəfə Pyotr gülümsəyərək mənə Tamaraya vurulduğunu dedi. Müəllimə isə yaş fərqinə görə, bu sevginin baş tutmayacağını demişdi”.

 

Pyotrun atasının 1983-84-cü illərdə maliyyə naziri olması heç kimdən gizli deyildi. Özbək cəmiyyəti düşünürdü ki, bu cür məmurun oğlu toxunulmazdır. Lakin Pyotr bu nüfuzdan heç vaxt istifadə etməyib. Çox güman ki, o, müstəqil şəkildə, ayaqları üstündə dayanmağı seçmişdi. Lakin onun ögey bacıları Kərimovun dəstəyindən hər cür istifadə edirdilər. Onların gələcək kariyeraları, biznes və siyasi nüfuzları Kərimov tərəfindən sığortalanmışdı.

 

Pyotr anası ilə köhnə, üçotaqlı bir evdə yaşayırdı. Onlar sadə həyat sürürdülər. Pyotr avtomobil almağı arzulayırdı. Hətta buna görə evin yanında qaraj da tikdirmişdi.

 

Dostu ilə Pyotr 1996-cı ildə Moskvada görüşüb və mübahisə ediblər. Bundan sonra isə 2000-ci ildə Daşkənndə hava limanında qarşılaşıblar:

 

“Artıq Kərimovun siyasətinə müxalif olduğum üçün heç nə demədim. O da nəsə demədiyi üçün düşündüm ki, atası haqqında nə düşündüyümlə maraqlanmır. Sonradan öyrəndim ki, Pyotrun ölkədə maliyyə naziri təyin olunması məsələsinə baxılır. Ona görə ölkəyə gəlib. Pyotr isə bundan imtina edib”.

Hazırda isə o, Bekabad şəhərində bizneslə məşğuldur.

 

İslam Kərimovun ikinci evliliyindən Lola və Gülnarə adlı iki qızı var. Onlar bir neçə il əvvələ kimi Özbəkistandakı proseslərə təsir edə bilirdilər. Lakin ailədaxili problemlərə görə, Gülnarə hazırda Daşkənddə ev dustağıdır.

 

Kərimov niyə ağlayıb?
Atası Gülnarə Kərimovanı maşından çıxan yerdə qarşılayıb və onu döyməyə başlayıb:

 

“Məni bütün dünyada biabır etmisən. Çılpaq şəkillər çəkdirmək üçün jurnalistlərin qarşısına keçirsən. Təkcə məni yox, ananı, bütün ailəmizi biabır edirsən”.

 

Bundan sonra Kərimov mühafizəçilər və qulluqçulardan onu tək qoymağı tələb edib. Neçə saatdan sonra iqamətgaha daxil olan prezidenti onu tərk etməyən mühafizəçisi ağlayarkən görüb.

 

news-detail

 

Bəs prezident qızını kim yoldan çıxarıb?

 

Prezidentlə qızı arasında baş verən xoşagəlməz hadisələrdə Kərimovun baldızı Tamara Sobirovanın oğlu Əkbərəli Abdullayevin rolu böyük olub. Onun xalası qızı G.Kərimova ilə münasibətləri yaxşı olub. Hətta o dərəcədə ki, G.Kərimova özü prezident olmasa, atasından sonra Əkbərəlini prezident görmək istədiyini bildirib. Gülnarənin dediyi bu sözlər az müddət ərzində mətbuatda yayılıb. Bu xəbərlərdən sonra xüsusi xidmət orqanları Ə.Abdullayev haqqında material toplamağa başlayıblar. Bundan sonra Kərimov Abdullayevin onun taxt-tacına iddialı olduğunu öyrənib. Gülnarənin də onu dəstəkləməsindən çəkinmədən danışdığını bilib. Buna əsəbiləşən prezident Ə.Abdullayev barədə cinayət işinin açılması barədə tapşırıq verib. Lakin Əkbərəli Dubayda olduğu üçün onun həbsi gecikir. Onun qayıtmadığını görəndə xüsusi xidmət rəisi Rüstəm İnayətov Gülnarə Kərimovanı əmin edir ki, xalası oğlu ölkəyə qayıdarsa, heç bir təhlükə ilə üzləşməyəcək. G.Kərimova isə ona inanır və öz mobil telefonu ilə xalası oğluna zəng edərək onu Daşkəndə çağırır. Lakin Abdullayev qayıtdığı gün həbs edilir.

 

Bundan sonra aləm lap bir-birinə qarışır. Xalası oğlu həbs ediləndən sonra Kərimova İnayətovun ünvanına söyüşlər və təhqirlər işlədir. Bunlara dözməyən R.İnayətov baş verənləri prezidentə danışır, üstəgəl, xalası və xalası oğlunun rəhbəri olduğu müəssisələrdən 50-70 milyon dollar arası “haqq” aldığını da prezidentə çatdırır.

 

Gülnarə Kərimovanın çılpaq şəkilləri isə məsələni nidayla sonlandırmağa gətirib çıxarır. Prezident kiçik qızı Lola ilə Gülnarə arasında olan münasibətlər barədə də məlumatlandırılır. Onların 10 ildən artıq müddətdir ki, bir-biri ilə danışmadıqları Kərimova bildirilir. Prezidentin masasının üstünə G.Kərimovanın Qərb mətbuatında dərc olunan çılpaq fotoları qoyulanda isə İ.Kərimov əsəblərini cilovlaya bilmir və olanlar olur.

 

Doğma bacılar niyə danışmır?

 

news-detail

 

Mətbuatda tez-tez Lola Kərimovanın var-dövləti, villaları haqqında geniş məqalələr yazılır. Və bütün bunların Gülnarə Kərimova tərəfindən edildiyi bildirilir. Gülnarə Kərimova dəfələrlə bacısının ərinin biznesinə mane olmağa çalışıb. Lola Kərimova isə açıq şəkildə bacısı ilə 10 ildən çoxdur küsülü olduğunu deyir. O, jurnalistlərin “Bacınızla münasibətləriniz necədir” – sualına, “olmayan münasibətlərdən nə danışmaq olar” – deyə cavab verir:

 

“Bu illər ərzində heç bir şəkildə əlaqəmiz olmayıb. Biz heç ailə yığıncaqlarında da görüşmürük”.

 

İki bacının soyuq münasibətinin səbəbi isə L.Kərimova “biz ayrı-ayrı insanlarıq” deməsidir:

 

“Münasibət üçün nələrsə üst-üstə düşməlidir. Bizdə ortaq heç nə yoxdur. Uşaqlıqdan belə idi, getdikcə daha da dərinləşdi”.

 

Lakin bir çox mənbə bacıların hakimiyyət davası etdiyini deyir. L.Kərimova bacısının mafioz şəbəkə yaratmasını, futbol ulduzu Kristiano Ronaldo da daxil olmaqla, dünyanın bir sıra tanınmış şəxsləri ilə eşq macərası yaşaması, dövlət vəsaitlərini ələ keçirməsi ilə bağlı məsələləri mətbuata ötürür.

 

Lola Kərimovanı ölkədən kim qovub?

 

news-detail

 

Nə Timur Təllayevin, nə də Lolanın Özbəkistanı niyə tərk etdikləri açıqlanmır. Guya onların getməsinə Gülnarə Kərimova ilə arasında yaşanan münaqişə səbəb olub. Digər tərəfdən isə deyilir ki, Kərimovlar bu evliliyə qarşı olub.

 

Daşkənddən Özbəkistan prezidenti İslam Kərimovun vəziyyəti haqqında xəbərlər gəlməyə davam edir. Avqustun 27-də dövlət başçısı insult keçirdi.

 

Avqustun 29-da axşam saatlarında “Fərqanə” saytı respublikanın liderinin ölümü haqqında məlumat yaydı. Lakin informasiya rəsmi Daşkənd tərəfindən təkzib edildi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kərimovun vəziyyəti haqqında heç bir yeni məlumat yoxdur.

Və budur, bu gün Özbəkistanın Müstəqillik Günü həmişəki kimi təntənə ilə qeyd olunmur. (admiral.az)

BIR CAVAB BURAXIN