Estoniya, Litva ABŞ-la hərbi müqavilə imzaladı

0
426

ABŞ ordusu Polşada

ABŞ ordusu Polşada

Estoniya ilə Litva da Birləşmiş Ştatlarla müqavilə imzalayaraq, ABŞ qoşunlarının onların ərazisində yerləşdirilməsini formallaşdırdı. Müqavilələr dünən-yanvarın 17-də bağlanıb. Keçən həftə 3-cü Baltikyanı ölkə–Latviya da ABŞ-la belə razılaşmaya imza atıb.

Hərbi əməkdaşlıq haqda yeni müqavilələr ABŞ əsgərlərinin Baltikyanı ölkələrdə yerləşdirilməsindən başqa, birgə təlimlərin keçirilməsini nəzərdə tutur.

«Biz Birləşmiş Ştatların qoşunlarının Litvada yerləşdirilməsində maraqlıyıq, bu, bizim təhlükəsizliyimizin əsas elementlərindən biridir». Bunu Litvanın müdafiə naziri Raimundas Karoblis deyib.

ABŞ-ı Baltikyanı, eləcə də 24 digər ölkəylə bağlayan NATO-dur. Yeni seçilmiş ABŞ prezidenti Donald Tramp-ın bu günlərdə NATO haqda dedikləri, onu «köhnəlmiş qurum» adlandırması Baltikyanı ölkələrdə də narahatlıqla qarşılanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

15 − eight =