Ermənistanı Baş nazir deyil, çar, despot və ya tiran idarə edəcək

0
568

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Nikol Paşinyanın təcili şəkild parlament seçkilərini keçirməyə cəhd etməsini pisləyib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Şarmazanov Nevvs.am-a  müsahibəsində Nikol Paşinyanın son hərəkətlərini Napeleon Bonapart, Adolf Hitler və bolşeviklərlə müqayisə edib. Onun sözlərinə görə, Paşinyan ölkə Konstitusiyasını  kobud şəkildə pozaraq hər vasitə ilə hakimiyyəti təkbaşına idarə etmək istəyir: “Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri demokratiyanın sonu demək olacaq. Paşinyan və onun tərəfdarları ölkə Konstitusiyasına məhəl qoymadan hakimiyyət bölgüsü prinsipini ayaqlar altına atıblar. İlk dəfə Ermənistanda icra hakimiyyəti güclə parlamentin qanunvericilik hakimiyyətinin ərazisini işğal ediblər. Guya bunu xalq tələb edir. Bunu necə adlandırırsınız adlandırın, fərqi yoxdur. Vaxtı ilə Bonapart, Hitler və bolşeviklər də xalqın adından  əleyhidarlarını məhv etdilər. Ermənistanda plüralizm ölüb daha. Bizdə bundan sonra ölkəni sadəcə olaraq Baş nazir deyil, çar, diktator və ya despot idarə edəcək. Belə çıxır ki, 20, 30 və ya 100 min adamı küçəyə çıxarmaqla istənilən adam kefi istədiyini edə bilər. Amma siyasətdə həmişə bumeranq qanunu işləyir və onların belə hərəkətləri gələcəkdə özlərinə qarşı çevriləcək”.

 

 

BIR CAVAB BURAXIN