Ermənistanda xəstələri də orduya aparırlar

0
588
Ermənistan ordusunda xəstəni də, sağlamı da xidmət etməyə aparırlar.
Arazinfo.com-un verdiyi xəbərə görə, bunu Oxu.Az-a ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni hərbi qulluqçu Edqar Akopyan xəstə olaraq işgəncəyə məruz qalmasına dair yayılan məlumatlara münasibət bildirərkən deyib.
General-leytenantın sözlərinə görə, erməni komandirlər əsgərləri orduda saxlamaq üçün onları təhqir edib, döyüb, işgəncə verirlər.
“Ermənistanda əsgərə qayğı göstərməyə vəsait yoxdur. Onlarda normal kazarma şəraiti, təlimlərdə yaxşı yemək verilmir”.
Y. Aydəmirov bildirib ki, ermənilərin ordusunda xəstə əsgərlər xidmət edir:
“Onlarda şəraitsizlikdir, nəticədə, xəstələr, müalicə olmaq əvəzinə əvvəlki vəziyyətdən də pis vəziyyətə düşür və şikayət edir. Komandirlər də çıxılmaz vəziyyətdədir ki, nə qədər xəstə əsgər olar. Erməni ordusunda problemlərin çoxu vəsaitin olmasında irəli gəlir, əsgərlərin təminatında ciddi problemlər olduğundan nizam intizam aşağı düşür, ona görə də komandirlər təhqir etməklə, döyməklə, işgəncə verməklə çalışırlar əsgərləri orduda saxlasınlar”.
Ehtiyatda olan general-leytenant qeyd edib ki, Ermənistan ordusunda vəziyyət çox pisdir:
“Birinci ona görə ki, əsgərlər bilirlər ki, Qarabağda haqsız döyüşə gedirlər. Çoxları orada ölüb, yaralanacaq. Ikincisi də ki, Qarabağda kimsəsizlərin, imkansızların, kasıbların övladları hərbi komissarlıqdan pul verib kənara çəkilə bilməyən şəxslərin övladları quluq edir. Sosial bərabərsizlik nəticəsində erməni orduda nizam intizam yoxdur, anarxiya baş verir”.

BIR CAVAB BURAXIN