Ermənistan Müdafiə Nazirliyi hərbi obyektinin məhv edilməsi faktını təsdiqlədi

0
546
 

Ermənistan Müdafiə Nazirliyi işğal edilmiş Dağlıq Qarabağ ərazisində Azərbaycan ordusu tərəfindən hərbi obyektin məhv edilməsi faktını təsdiqləyib.

Virtualaz.org xəbər verir ki, erməni tərəfinin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri idarə olunan raketlərlə hərbi obyektə zərbə endirib.

“Raket zərbəsi nəticəsində hərbi texnika zədələnib”, – məlumatda bildirilir.

*   *   *20:07

Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.

Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.

Qeyd edək ki, ekipajı 5 nəfərdən ibarət olan “OSA” zenit-raket kompleksi hava hədəflərini 45 kilometr radiusda aşkar edərək izləməyə götürməyə və 9 kilometr uzaqlıqda məhv etməyə qadirdir.

BIR CAVAB BURAXIN