Ermənistan harada yerləşib? – X əsr xəritəsi

0
1109


 

Orta əsr mənbələri Azərbaycan tarixi haqqında unikal faktlar ortaya çıxarır. Bu mənbələrdə Azərbaycanın əhatə etdiyi ərazilər, ölkə ərazisindəki şəhərlər, burda yaşayan əhali və onların mədəniyyəti haqda dəyərli məlumatlara rast gəlmək olur.

Bu haqda “Vestnik Kavkaza” nəşrinə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva danışıb.

Onun sözlərinə görə, “Azərbaycan” adı toponim kimi ərəb mənbələrində ilk dəfə X əsrdə istifadə olunub.

Daha dəqiq desək, Azərbaycan adı Atropatenadan “Atobadeqan”, daha sonra isə Xarəzminin “Kitab meatx əl yulum” əsərində artıq yeni forma alaraq Adarbadekan adlanır. Əl Həmədani Azərbaycanı “Adarbayqan”, Əl Bəkri “Adraabiiqan”, Əl Bağdadi isə “Adrbayqan” adlandırır.

Nəhayət, X əsrin mütəfəkkiri İbn Kütayba əd-Dinavari “Azrabiycan” toponimindən istifadə edir.

“8-ci əsr ərəb müəlliflərindən İbn-Hişam Xəlifə Müaviyə ibn Abu Sufyanla Qafqaz ordusunun komandanı Übeydə ibn Şarii arasındakı dialoqu qeyd edib. Xəlifə soruşur: “Azərbaycanda kimlər yaşayır?” Komandan cavab verir: “Bura türk yurdudur. Onlar bir-birinə qarışıblar və çox tərəqqi ediblər”, – direktor bildirib.

IX əsrin xəritələrindən başlayaraq, Əl Xarəzmi, Əl İstəxri, İbn Havqəl, Əl Məsudi və digərləri Xəzəryanı ölkələr, Xəzərə tökülən çaylar, neft quyuları və buna bənzər digər məlumatları tərtib etdikləri xəritələrdə əks etdirirdilər. Ərəb tarixçilərinin hamısı öz tərtib etdikləri xəritələrdə Xəzər dənizini qapalı hovuz kimi göstərib.

Əl İstəxri öz xəritəsində Qafqaz şəhərlərinin və toponim olaraq Azərbaycanın adını çəkib. Orda Bakı, Qəbələ, Gəncə, Təbriz Səlmas, Urmiya haqda sənədlərə və materiallara rast gəlmək olar.

“Xüsusilə X əsr farsdilli tarixçilərin xəritələrində Ermənistan ölkəsinin hazırkı İranın cənub qərbində yerləşdiyi aydın şəkildə təsvir olunub”, – G.Baxşəliyeva qeyd edib.

 

BIR CAVAB BURAXIN