“Erməniləri Azərbaycana eyş-işrət həyat tərzi sürən Qarabağ bəyləri gətirib”

0
690
“Vaxtilə erməniləri Azərbaycan ərazilərində eyş-işrət həyatı sürən Qarabağ bəyləri saxlayıb, himayə edib. Erməni qadınlarının açıq-saçıq həyat tərzi XVII əsrdə mövcud olan Qarabağ bəylərini ovsunlamışdı. Ona görə də Qarabağ bəyləri erməni qızlarının açıq-saçıqlığını görüb, onların Azərbaycanda qalması üçün az qala yalvarırdılar”.

Arazinfo.com-un məlumatına görə bu fikirləri “Ölkə.Az”a müsahibəsində tanınmış yazıçı publisist, siyasi analitik, Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun köməkçisi Tahir Cəfərli bildirib.

T.Cəfərli deyib ki, həmin dövrdə ermənilər Rus Çarının planı ilə Rusiya ərazilərinə köçürülməli idi:

“Ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsi Aleksandr Qriboyedov tərəfindən həyata keçirilib. Aleksandr Qriboyedovun yazışmaları da göstərir ki, ermənilər Qarabağda qalmamalı idilər. Çarın planına görə, ermənilər Rostova köçürülməli idilər. I Nikolayın erməniləri Qafqazdan Rostova köçürməsinin səbəbi Rostovu dağıstanlılardan qorumaq idi. Xristian ermənilərin Rostovda yerləşdirilmə planı ilə ruslar dağıstanlılardan gözlənilən hücumların qarşısını almaq istəyirdi. Hətta, XVIII əsrin sonlarında Rus İmperiyası Osmanlı İmperiyası ərazisində yaşayan ermənilərə himayədarlığı da öz üzərinə götürmüşdü. Buna görə də həmin dövrdə İranda yaşayan ermənilərin Qafqaza köçürülməsi başlamışdı. Amma Qafqaz hərbi yolu bağlanılandan sonra ermənilərin bir qismi Qarabağda qaldılar. Hətta, ermənilər Azərbaycanda yaşamalarına icazə verildiyi üçün 1978-ci ildə Qarabağda keçirilən toplantıda Azərbaycana təşəkkür edib. Həmin toplantı zamanı ermənilər özləri də etiraf edirdi ki, onlar Rusiya ərazilərinə köçürülməli idi. Ancaq o dövrdə Azərbaycan bəylərinin qonaqpərvərliyi və ermənilərə sahib çıxmasına görə ermənilər Rusiya ərazilərinə köçməkdən imtina edib. Bundan sonra da ermənilər həyasızlıq edib, Azərbaycan ərazilərində qalmağa başladılar. Təsəvvür edin ki, həmin dövrdə Azərbaycan xalqı ermənilərin Qarabağa köçürülməsinə razı olmadığı halda bir sıra nüfuzlu şəxslər və bəylər ermənilərin torpaqlarımızda qalıb yaşamasına icazə verdilər”.

T.Cəfərli ermənilərin Azərbaycanda qalmasına icazə verilməsini tarixi səhv adlandırıb:

“Bu, böyük səhv idi ki, bu gün onun əziyyətini çəkirik. Qarabağ bəylərinin ermənilərə Azərbaycanda yaşamasına icazə verməsini sübut edən minlərlə tarixi faktlar var. Ermənilər Azərbaycan ərazilərində yaşayıb artandan sonra 1905-ci ildə torpaq iddialarına başladılar. Daha sonra ermənilər 1918-ci il hadisələrini törətdilər. Həmin dövrdə biz erməniləri Qarabağa buraxmaqla özümüzə düşmən yaratmışıq. Ermənilərin xislətində var ki, ona yaxşılıq edən zaman ancaq pislik görərsən!”.

T.Cəfərli qeyd edib ki, Azərbaycan xalqı ermənilərin simasız olduğunu 1905-ci ildən sonra anlayıb:

“Mən ermənilərlə bağlı bir çox araşdırmalar aparmışam. Ermənilər oğru millətdir. Başqa xalqların mədəniyyətini, ərazilərini, adlarını oğurlamağı, mənimsəməyi sevirlər. Ermənilərin özləri kimi, dostluğu da yalandır. Hətta, ermənilərin bu gün Rusiya ilə münasibətləri də yalançı dostluqdur”.

Vasif Həsənli

BIR CAVAB BURAXIN