Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır

0
2012

Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır

 2022-ci ilin Sentyabrın 13-də Ermənistan silahlı birləşmələri həmişə ki kimi atəşkəs əmrinə zidd olaraq  Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayon istiqamətində genişmiqyaslı təxribatlar törətmişdir, bu təxribat bir daha bütün dünyaya bəyan etdi ki, İrəvan öz revanşist niyyətindən əl çəkmək istəmir. Bu siyasət bütün region üçün təhlükə yaradır. Regionda olan sabitlik, davamlı inkişafın sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Ermənistan uzun illər Azərbaycan ərazisində müxtəlif təxribatlar törətmiş torpaqlarımızı vaxtı ilə işğal etmişdilər. Lakin 44 günlük Vətən müharibəsi sayəsində torpaqlarımız geri qaytarılmış və sülh imzalanmışdır amma buna baxmayaraq Ermənistan öz işğalçı planlarından əl çəkmir davamlı olaraq  imzalanmış müqavilənin şərtlərini çox sərt formada pozmaqda davam edir. Məhz bu əməlinə görə beynəlxalq təşkilatlar Ermənistanın bu revanşist əməlini pisləməli və bunun qarşısını almaq yönündə səy göstərməlidirlər.

13 sentyabr tarixində baş vermiş bu təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır. Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. 13 sentyabr tarixli təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. İşğaldan azad olunmuş ərazilərdə bastırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal