Ermənistanda yaşamaq icazəsi alan hindistanlıların sayı artır

0
558

Son 3 ildə Ermənistanda müvəqqəti yaşamaq və işləmək icazəsi alan hindistanlıların sayı 5 dəfədən çox artıb.

Mediainfo.az-ın Ermənistan mətbuatına istinadən vediyi xəbərə görə, 2015-ci ildə Ermənistana gələn 3951 hindistanlıdan 52-si, 2016-cı ildə 4226 nəfərdən 78,-i, 2017-ci ildə 11589 nəfərdən 311-i, 2018-ci ildə isə 10237 nəfərdən 1115-i Ermənistanda qalmağa üstünlük verib. Bu müddət ərzində, yəni 2015-ci ildə 1119, 2016-cı ildə 1086, 2017-ci ildə 938, 2018-ci ildə isə 2000 nəfər hindistanlı Ermənistanda müvəqqəti yaşamaq və işləmək icazəsi alıb.