Ermənistanda terror aktının qarşısı alınıb, ABŞ vətəndaşı saxlanılıb

0
333

Ermənistanın Milli Təhlükəsizlik Xidməti əsas məqsədi ölkə ərazisində terror aktlarının hazırlanması və həyata keçirilməsi olan cinayətkar şəbəkənin üstünü açıb. Bu barədə “Ermənistan Xəbərləri” portalı yazıb.

Keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində milliyətcə erməni olan ABŞ vətəndaşının “Facebook” sosial şəbəkəsində səhifə açdığı və orada “Ədalət döyüşçüləri” qrupu, qrupun strategiyası, tərkibi, təhlükəsizlik və məxfilik qaydaları haqqında material dərc etdiyi müəyyənləşdirilib. Elə həmin səhifənin vasitəsilə hüquq mühafizə orqanlarının əməkdaşları və Ermənistan rəsmilərinə qarşı birbaşa zorakılığa çağırışlar yayılıb.

İlkin məlumatlara görə, saxlanılan şəxs Ermənistanda vəziyyəti qarışdırmaq, əhalinin qorxutmaq, qorxu mühiti formalaşdırmaq, dövlət orqanlarına təsir, hökumət nümayəndələrini qətlə yetirmək və ya onlara ağır bədən xəsarətləru vurmaq, eləcə də bu cinayətləri törədəcək insanları toplamaq məqsədi ilə cinayətkar qruplaşma yaratmağa cəhd edib. O, özü də bu işə təkcə Ermənistanda yaşayanları yox, həm də ondan kənarda yaşayan erməniləri cəlb etməyə çalışıb. Bundan əlavə, saxlanılan şəxs həmçinin məsləhətləri, göstərişləri və maliyyə vəsaitləri ilə əlbir olduğu şəxslərlə birgə Ermənistan ərazisində terror aktları hazırlayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

one × four =