Ermənistanda təcrübəli hərbçilər istefaya göndərilir

0
348

Ermənistanda Qarabağ  müharibəsində iştirak edən təcrübəli hərbi kadrları daha aşağı vəzifələrə təyin edir və ya istefaya göndəririlər.

Mediainfo.az-ın nevvs.am-a   istinadən verdiyi xəbərə görə, bu barədə mətbuata açıqlamasında erməni hərbi ekspert Van Amabrtsumyan deyib. Onun  sözlərinə görə Qarabağ döyüşlərində böyük hərbi təcrübəyə malik olan hərbçilərin  istefaya göndərilməsi və ya daha aşağı vəzifələrə təyin edilməsini başa düşmək çətindir. Hərbi ekspert bununla bağlı parlamentin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri  Andranik Koçaryanla görüşəcəyini və ondan izahat tələb  edəcəyini bildirib.