Yaxın 5 ildə Ermənistan hərbi xərcləri 2,5 milyard dollar artırmağı planlaşdırıb.
Arazinfo.com-un Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə İcevanda keçirilən mitinqdə Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan deyib. O bu vəsaitin korrupsiyaya uğramış məmurların var-dövlətinin müsadirə edilməsindən əldə ediləcəyini vurğulayıb: “Mən hökumət qarşısında vacib bir məsələ qaldırmışam: Korrupsiyaya uğrayan məmurların müsadirə ediləcək var-dövləti ordunun ehtiyaclarına, o cümlədən zabitlərin maddi həyat şəraitinin yaxşılaşdırılmasına xərclənsin. Korrupsiyaya uğrayan məmurların var-dövlətinin müsadirə edilməsi nəticəsində nəinki ordumuzun ehtiyaclarının tam ödənilməsi üçün 2,5 milyard dollar əldə etmək mümkün olacaq, həm də ölkə iqtisadiyyatının inkişaf etdirilməsi üçün əlavə milyardlarla dollar qazanmış olacağıq”.