Ermənistan İsraildən çoxfunksiyalı bombarmançı təyyarələr almaq niyyətindədir

0
503

Ermənistanın çoxfunksiyalı hərbi aviasya vasitələri-qırıcı-bombardmançı təyyarələr alması ölkənin hava məkanının təhlükəsizliyini tam şəkildə təmin etməyə və düşmənin istənilən obyektini məhv etməyə imkan verəcək.

Arazinfo.com-un Mediainfo.az-a istinadən verdiyi məlumata görə, bunu Biirnci İnformasiya kanalına müsahibəsində hərbi ekspert Mqer Abovyan deyib. Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanın müdafiə naziri David Tonoyan  da deyib ki, Ermənistanın hərbi hava qüvvələrinin düşmən üzərində tam üstünlüyü əldə etməsi üçün çoxfunksiyalı qırıcı-bombardmançı təyyarələrin əldə edilməsinə ehtiyac var. O hazırda Rusiya ilə daha 100 milyon dollar həcmində hərbi kredit alınması barədə danışıqlar aparıldığını da öz sözlərinə əlavə edib.

Bununla belə yerli mətbuatın yazdığına görə, hazırda Ermənistanın hərbi hava qüvvələrində olan Rusiya istehsalı təyyarələr ölkənin hava məkanının təhlükəsizliyini tam şəkildə təmin etməyə imkan vermir. Ona görə də Emənistan müdafiə nazirliyi bu çatışmazlığı aradan qaldırmaq üçün İsraildən çoxfunksiyalı müasir  qırıcı-bombardmançı təyyarələrin alınması təklifi ilə çıxış edib. Bununla bağlı hazırda İsrail və Ermənistan arasında müdafiə nazirləri ekspertləri səviyyəsində danışıqlar gedir. Yerevanda belə hesab edirlər ki, İsraildən çoxfunksiyalı qırıcı-bombardmançı təyyarələr alınacağı təqdirdə ölkə qarşı tərəf üzərində hava məkanında üstünlüyü ələ alacaq və düşmənin istənilən obyektlərini məhv etmək imkanı əldə edəcək.

 

 

 

BIR CAVAB BURAXIN