“Ermənistan heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanıya bilməyəcək”

0
649

 

Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması üçün hər hansı hüquqi əsasları yoxdur.“Yeniavaz.com”un arminfo.am-a istinadən verdiyi məlumata görə, bunu Ermənistan Milli və Strateji Araşdırmalar Mərkəzində keçirilən”Aprel müharibəsi bir il sonra: artsaxın (Qarabağ) status-kvosu ətrafında mübahisələr” adlı seminarda politoloq Manvel Sarkisyan deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağın müstəqilliyinin Ermənistan tərəfindən tanınması barədə kifayət qədər çox danışılıb: “İlk dəfə Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsi 1991-ci ildə gündəmə gəlmişdi. Bundan sonra da dəfələrlə bu məsələ ətrafında ajiotaj qaldırılıb. Lakin Ermənistan heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanıya bilməyəcək. Çünki beynəlxalq hüquq normalarına əsasən Dağlıq Qarabağ Azərbaycan ərazisidir, Dağlıq Qarabağ faktiki olaraq ermənilərin əlindədir, ancaq hüquqi baxımdan o Azərbaycanındır”. Manvel Sarkisyanın fikrincə vəziyyətdən yeganə çıxış yolu Azərbaycanı bu hüquqdan məhrum etmək ola bilər. Ancaq bunu necə etməyin yolunu heç kim bilmir.

BIR CAVAB BURAXIN