Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib
Tarixə diqqət yetirsək erməni millətçilərinin türk xalqlarına qarşı törətdiyi düşmənçilik siyasətinin iki əsrdən artıq yaşı vardır. Əsrlər, illər keçməsinə baxmayaraq xalqımız o ağır işgəncələri unutmur, soyqırımlarının qurbanları olmuş günahsız insanların xatirəsini dərin ehtiramla yad edir. Erməni vandallığı tarixin heç bir mərhələsində sərhəd tanımayıb. Dəhşətlidir ki, bu vəhşilər təkcə insanlığa deyil, kainatdakı bütün canlı aləmə qarşı qırğın, soyqırımı törətməkdən hər zaman böyük zövq alıblar. Dünyadakı heç bir canlıya xas olmayan vəhşilikləri etdikcə, daha da azğınlaşıblar. Müəllifi olduqları ağlasığmaz terrorların cəzasız qalması isə, onların daha da quduzlaşmasına şərait yaradıb. Hələ XIX əsrin əvvəllərində ruslar erməniləri bu yerə köçürdükdən sonra əsasən gəlmə ermənilər, həmişə Azərbaycana qarşı hiylə və məkr yuvası olan erməni məlikliklərindəki ermənilərlə birləşərək xalqımıza qarşı əsil təhlükəyə çevrilməkdə idilər. Həmişə «Yersiz gəldi yerli qaç» prinsipi ilə hərəkət edən ermənilər çar hakimiyyət orqanlarının onlara qarşı himayəçilik siyasətindən məharətlə istifadə edərək yerli azərbaycanlıları getdikcə sıxışdırmağa başlayırlar. Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və etiraf edir ki, döyüş meydanında göstərdiyimiz gücün mənbəyi Azərbaycan xalqının iradəsidir. Şanlı ordumuz işğal altında olan torpaqlarımızı erməni quldurlarından bir-bir azad etdikcə, bu mənfurların yurdlarımızı necə talan etdiklərinin bir daha şahidi olduq. 30 il boyunca cənnət Qarabağı viranəyə çevirib, talayıb, daşı daş üstündə qoymayıblar. Bu illər ərzində mənfurlar işğal etdikləri ərazilərimizdə maddi-mədəni sərvətlərimizi dağıdıb, tarixi abidələri, evləri, inzibati binaları, bütün tikililəri terrora məruz qoyub, yararsız hala salıblar. Mebel istehsalına yararlı bütün ağacları qırıb başqa ölkələrə satıblar, bir sözlə, təbiətimizə divan tutublar. Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi.
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova