Ermənistan Azərbaycana “Polonez” raketlərinn satılmasına mane olub

0
735

 

Ermənistanın Belarusa təzyiqi nəticəsində qarşı tərəf Azərbaycana “Polonez” raket kompleksləri satmaqdan imtina edib. Bu barədə Arazinfo.com “Komsomolskaya pravda Belarus” qəzetinə istinadən məlumat verib. Məsələ ilə bağlı hərbi ekspert Aleksandr Alesinin verdiyi açıqlamaya görə, Ermənistan Azərbaycana “Polonez” raketlərinin satılmasına imkan verməyib: ” Biz Azərbaycana “Polonez” raket komplekslərini satmaq niyyətində idik. Lakin Ermənistan KTMT üzvü olduğumuzu xatırladaraq buna razı olmadı. Biz də KTMT üzrə müttəfiqimizin əleyhinə gedə bilmədik. Nəticədə Azərbayanla sövdələşməmiz baş tutmadı. Yəqin ki, “Polonez”lərin ilk alıcısı Qazaxıstan olacaq”.

BIR CAVAB BURAXIN