Kilsə – ermənilər üçün “kiçik Ermənistan” anlamı daşıyır. Onlar yerlərini bərkitmək üçün əvvəllər kilsə qurmağa və orada dini ayinlərdən əlavə milliyyətçilik ruhunda təbliğat aparmağa da başlayırlar. Belə ki, digər kilsələrə iddia irəli sürərək, öz “kiçik Ermənistan”larının sayını çoxaldır və bu yolda yorulmadan səylə çalışırlar.
Gürcüstanda erməni katolik kilsəsi, erməni dini qurumları rəsmi olaraq 465 gürcü məbədinə iddia qaldırıblar.
Ermənilərin gürcü müqəddəs məbədlərinə iddiasının əsasında, guya Gürcüstan ərazisində 650 erməni kilsəsinin olduğunu elmi tədqiqatları ilə araşdıran, erməni tarixini saxtalaşdıran Samvel Karapetyan durur. Ən maraqlısı da odur ki, Samvel Karapetyan heç bir əsası olmadan tamamilə yalan məlumatla Vardziya kilsəsini “Vardzunik” adlandıraraq, “erməni” abidələri sırasına aid edir. Bu məbədləri ələ keçirmək üçün müxtəlif vasitələrə əl atırlar. Buna misal olaraq, Gürcüstanın cənubunda yerləşən dünyaca məşhur Vardziya kilsə kompleksində Müqəddəs Məryəm ananın vəfatı ildönümü mərasimində törədilən yanğını göstərmək olar. Bu zaman liberal kütləvi informasiya vasitələri gürcü pravoslav kilsəsini “yanğın təhlükəsizliyi qaydalarına” əməl etmədiklərinə görə günahlandırmışdılar.
Yanğın şam satılan masanın üstünə kiminsə yanan şam qoymasından başlayıb. Bu yanğın nəticəsində kilsə divarlarında kilsənin gürcü mənşəli olduğunu sübut edən unikal freskalar yanğın tullantıları ilə (karbon monoksitlə) örtülərək ziyan görmüşdü. Buradan belə nəticə çıxarmaq olur ki, kimsə bunu bilərəkdən etmişdi. Maraqlısı da odur ki, bu yanğında məhz kilsənin gürcü mənşəli olduğunu sübut edən təsvirlər yanmışdı. Burdan belə qənaətə gəlmək olur ki, bunu xüsusilə təşkil ediblər ki, kilsənin gürcü mənşəli olduğunu sübut edən ən bariz nümunələrini yox etsinlər.
Bütün bunlar yanğının necə yarandığını daha da dəqiqliyi ilə araşdırmağa məcbur edir. Məlumdur ki, kilsəyə kütləvi turist və ziyarətçi axını gəlir. Onların isə arasında gürcü pravoslav kilsəsinin erməni millətindən olan düşmənləri də az deyil.
Hələ 2011-ci ildə erməni kilsə nümayəndələri kütləvi informasiya vasitələrinə şikayət edirdilər ki, Vardziya rahibləri orada ermənilərə dua etməyə və müqəddəs bulaqdan istifadə etməyə icazə vermirlər.
Elə həmin ildə dərc olunmuş erməni kilsəsinin ümumi gənclər təşkilatının mərkəzi idarəsinin sədri Karen Petrosyan ilə erməni resurslarının müsahibəsini göstərirəm:
-Hansı proqram ilə Cavaxkdasınız?
-Artıq iki ildir ki erməni Apostol kilsəsində ümumdünya gənclər təşkilatı fəaliyyət göstərir, əsas məqsədləri kilsədaxili ümummilli proqramı tətbiq etməkdir. Təşkilat həmçinin gənclərin Apostol kilsəsinə gəlməsinə təsir edir. Bizim nümayəndələrimizin toplantısında əsasən də Cavaxkdan olan gənc kilsə həvəskarları fəal iştirak edirdilər. Nəticədə Cavaxka, Cavaxk və Şirak ərazisindən ziyarətlər təşkil etmək qərara alındı. Mənim fikrimcə, səyahət çox maraqlı və mənalı keçdi. Bizi hər yerdə keşiş Tayev Marukyan müşayiət edirdi. Bu səyahətlər zamanı ən maraqlsı qayalarda olan Vardziya kilsələr kompleksi idi. Oranın kilsə olmasına baxmayaraq, rahiblər bizim dua etməyimizi istəmədilər. Bizə dedilər ki, dua edirsinizsə, səssiz edin. Hələ biz ora gedəndə kilsə xidmətçisi qayadan axan bulağın suyunu bağladı. Yalnız biz gedəndən sonra açdılar.
– Bu nə deməkdir?
– Mənə elə gəlir ki bu dini hörmətsizlikdir. Bundan başqa gürcü din nümayəndələri erməni Apostol kilsəsinə status verilməsini həzm edə bilmirlər. Mən belə fikirləşirəm ki hər şey sakitləşəndə onlar anlayacaqlar ki, 1700 illik tarixə malik kilsə ilə üzləşirlər. Ola bilsin ki onların daxili hissləri bizə dua etməyə mane olub.
– Hansı əsasla sizə dua etməyi qadağan ediblər?
– Bizə dedilər ki, burada yalnız pravoslavlar dua edə bilərlər, başqaları yox. Doğrusunu desək, biz bilirdik ki, Cavaxk ermənilərinin dövlət səviyyəsində də, dini səviyyədə də çox ciddi problemləri var. Bu cür münasibəti görəndə biz şahid olduq ki, Cavaxk erməniləri öz yaşayışlarında hansı çətinliklərlə üzləşirlər.”
Bu müsahibədən də görünür ki, erməni ideoloqları nəinki Samtsxe-Cavaxetiyadakı erməni əhalisinə milli separatçılıq əhval-ruhiyyəsi təlqin edir, hətta gürcü dindarlarını saymadan onların gürcü müqəddəs məbədlərində erməni dilində “dualar” təşkil edərək, gürcü məbədlərini mənimsəməyə çalışırlar.
Bu arada Pravoslav kilsələrinin qanunlarına görə, bidətlərin (pravoslavların nəzərində ermənilər belədir) Pravoslav müqəddəs məbədlərində dua etməsi yolverilməzdir. Bu baxımdan gürcü rahibləri düzgün hərəkət edirlər. Çox vaxt onlar kilsəyə gələnlərin hansı dinə mənsub olduqlarını ayırd edə bilmirlər.
İstisna deyil ki, o faciəvi hadisələr zamanı yanğına səbəb olan şamı da məhz bu cür “ziyarətçilərdən” biri məqsədyönlü şəkildə yandırıb və onun ətrafını tez alovlanan maddə ilə işləyib ki, yanğının miqyası geniş olsun. Ola bilsin ki bu, tarixi saxtalaşdırdıqları kimi hər cür diversiya təcrübəsi olan erməni terrorçularının xüsusi əməliyyatı olub. Həm də nəzərə almaq lazımdır ki, Vardziya kilsəsi Samtsxe-Cavaxetiya regionunda yerləşir.
Yanğından sonra da bərpa işlərini gürcülərin iştirakı olmadan guya “xoşməramlı niyyəti” olan “xeyriyyəçi” bir erməni öz üzərinə götürmüşdü. Əslində isə ermənilər məbədin gürcü mənşəli olduğunu sübut edən gürcü tarixi və mədəniyyət abidələrini, milli-dini freskalarını təmizləməklə onu dəyişib, yerinə digər kilsələrdə olduğu kimi, onun “erməniliyini” sübut edən “dəlilləri” yaradacaqdılar.
Ona görə də gürcü pravoslav kilsəsinə qarşı yeridilən bu kampaniyanı dəstəkləyən ermənipərəst kütləvi informasiya vasitələri təsadüfi deyil ki, pravoslav kilsəsini günahlandırır.
Gürcü müqəddəs məbədlərinə qarşı başqa pravokasiyalar da ola bilər. Onun üçün də gürcü cəmiyyəti və gürcü pravoslav kilsəsi çox diqqətli olmalıdır. Erməni milliyyətçiləri təkcə beynini saxta, yalançı təbliğatla doldurduğu öz xalqının deyil, həmçinin gürcü xalqının, gürcü pravoslav kilsəsinin də qəddar düşmənidir. Erməni faşistlərindən hər cür məkrli xəyanətləri gözləmək olar.
Kamal Salayev
AMEA–nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi