Ermənilər məğlubiyyəti həzm edə bilmir: hollandiyalı kikboksçu hədələnir

0
637

Erməni kikboksçunu nokauta salan hollandiyalı idmançı hədələnir. Bunu hollandiyalı kikboksçu Murtel Qronhartın özü bildirib. O, deyib ki, erməni rəqibi Arut Qriqoryana qalib gəldikdən sonra hədələr alır: “Görüşdən sonra mən Arut Qriqoryana yaxınlaşdım, ona döyüşə görə minnətdarlığımı bildirdim. O isə məni təbrik etdi. Lakin hədələr alıram. Unutmaq olmaz ki, bu, idmandır”.

 

Xatırladaq ki, Parisdə geçirilən yarışda Murtel Qronhart Ermənistan təmsilçisi Arut Qriqoryana qalib gəlib. Hollandiyalı idmançını güclü zərbəsindən sonra özünü itirən erməni kikboksçu hakimə xəbərdarlıq etmədən arxasını rəqibinə çevirib və rinqi tərk etməyə çalışıb. Bu vaxt Murtel Qronhart daha bir zərbə ilə erməni idmançısını nokauta salıb.

 

Bundan sonra erməni azarkeşlər rinqə daxil olublar və hollandiyalı idmançıya hücum ediblər. APA TV

BIR CAVAB BURAXIN