Ermənilər Azərbaycandan qazandıqları pulla silahı necə aldılar?

0
349

“Əvvəllər əfqan narkotiki ölkəyə 3 marşrutla daxil olurdu. 4-cü marşrut isə bilavasitə Ermənistanın nəzarəti altında olan ərazilərdir. Yəni dövlət sərhədlərimizin 132 km-i bizim nəzarətimiz altında deyil və həmin işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən külli miqdarda narkotiklərin əkilib-becərilməsi, orada xüsusi laboratoriyalar vasitəsilə onun hazırlanması və satış üçün xaricə göndərilməsi təşkil edilir. Ondan əldə olunan gəlirlərlə silah alınır və bizim ölkəyə qarşı yönəlir”.

ANS PRESS-in məlumatına görə, bu fikirləri baş nazirin müavini və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşü zamanı deyib. Baş nazirin müavini bildirib ki, işğal edilmiş ərazilərdə xüsusi hərbi birləşmələrin formalaşdırılması və dünyada olan konflikt zonalarına göndərilməsi halları mövcuddur.

Yüksəklik və yaşayış məntəqələri ermənilərdən azad olundu

Daha sonra aprel hadisələrindən danışan Ə. Həsənov ermənilərin Ağdam, Tərtər və Ağcabədi rayonlarının yaşayış məntəqələrini, mülki əhalini atəşə tutması nəticəsində 17 nəfər məcburi köçkünün şəhid olduğunu deyib:

“Ümumilikdə götürdükdə, məcburi köçkünlərin məskunlaşdıqları 452 mənzilə ziyan dəyib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və xırdabuynuzlu mal-qara tələf edilib. Lakin bütün bunlara baxmayaraq yerli əhali kimi məcburi köçkünlər də ordumuzun gücünə inanaraq doğma yerlərində yaşamaqda davam edir. Bundan başqa məcburi köçkünlərə dəymiş maddi ziyan hamısı hesablanıb. Onların hər birinə bankda hesab açılıb və bu vəsait onların şəxsi hesabına köçürülüb”.

Əli Həsənovun Robert Sekuta ilə görüşü

Əli Həsənovun Robert Sekuta ilə görüşü

Əli Həsənov həmçinin vurğulayıb ki, ermənilər sülhə gəlməkdən başqa yollarının olmadığını dərk etməlidirlər:

“Bəzən ATƏT-in Minsk Qurupunun Həmsədrləri deyirlər ki, bu xalqların yenidən qonşuluqda yaşamaları üçün qarşılıqlı etimad lazımdır. Ancaq onlar bilməlidirlər ki, bu xalqlar 200 il qonşuluqda yaşayıblar və bundan sonra da yaşamalıdırlar. 20 ildir Sarkisyan öz xalqına nə verib? Hər dəfə daxildə gərginlik yarananda Sarkisyan rejimi atəşkəsi pozur və xalqın fikrini yayındırır”.

“Aprel döyüşləri bir daha ordumuzun gücünü nümayiş etdirdi”

Görüşdə ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta deyib ki, uzun illərdir insanların yaddaşına hopmuş “dondurulmuş münaqişə” ifadəsi yanlışdır, belə bir şey yoxdur. “Aprel hadisələri zamanı Ermənistan tərəfi düşünürdü ki, yenə də 1993-cü ildə olduğu kimi olacaq. Amma onlar səhv düşündülər”.

Diplomat deyib ki, rəsmi Vaşinqton cəbhə bölgəsinin təmas xəttində baş verən hadisələri çox diqqətlə izləyir:

O deyib ki, son dövrlərdə qoşunların təmas xəttində gərginliyin artması ABŞ-ı narahat edir. “İnsan itkilərinin artması bizi səylərimizi daha da artırmağa və sülhə nail olmağa çağırır. Bu problemin həll olunması üçün birgə səylər göstərmək lazımdır. Mövcud imkanlar hesabına əlaqələri daha da genişləndirməliyik. Bu gün iki ölkənin birgə görməli olduğu işlərin ən vacibi uzun müddətdir davam edən, tez bir zamanda dinc yolla həlli vacib olan Dağlıq Qarabağ münaqişəsidir ki, ABŞ Minsk qrupunun həmsədrlərindən biri olaraq digər həmsədrlərlə və Azərbaycanla birgə bu istiqamətdə səylərini artıracaq”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

two × 4 =