Erməni Putinlə konyak içməyə gəldi, dəlixanaya düşdü

0
376

Moskvada qəribə hadisə baş verib. Rusiyada bizneslə məşğul olan erməni iş adamı Arman Tasmanyan özünə məxsus “Land Cruser” avtomobilində Kremlə gəlib və prezident Putinlə görüşmək istədiyini bildirib.

Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, səhər saat 8-də Kremlə çox yaxınlaşmış avtomobili mühafizə əməkdaşları saxlayıblar. İş adamı əsəbiləşərək onları başa salıb ki, prezidentlə söhbəti var, bəzi vacib məsələləri müzakirə etməlidir və ona konyak bağışlayacaq.

Mühafizəçilər onun bu arzusunu gözündə qoyublar və iş adamını lap özündən çıxarıblar. Arman Tasmanyan qışqırmağa başlayıb. Onun qollarını buraraq, ən yaxında yerləşən polis şöbəsinə, oradan isə psixiatriya xəstəxanasına çatdırıblar.

Mənbə zarafatyana bildirir ki, indi xəstəxanada Tasmanyan nəinki dövlət başçısı ilə, hətta Napoleon və Leninlə də vacib məsələləri müzakirə edə bilər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

10 − 8 =