Erməni nazir “Lotu Quli”nu həbs etdirməyə hazırlaşır

0
605
Ukrayna Milli polisi öz hərəkətləri ilə ölkədəki kriminogen vəziyyətə təsir göstərən əcnəbiləri hədəf alan operativ-profilaktika əməliyyatına başlayıb.
Bu haqda Ukrayna Milli polisinin rəhbərinin müavini Vyaçeslav Abroskin bildirib. Əməliyyat “Miqrant” kod adı ilə keçiriləcək.
Əməliyyat barədə əmri daxili işlər naziri Arsen Avakov imzalayıb. Abroskin qeyd edib ki, məqsəd Ukrayna ərazisində qanunazidd əməllər törədilməsini təşkil edən şəxslərin müəyyən edilib ölkədən xaric olunmasıdır. Belələri hətta cinayət törətməsələr də Ukraynadan xaric olunacaqlar.
“Bunlar mütəşəkkil qruplaşmaların liderləri, “vor zakon”lardır. Belələri ciddi nəzarət altında olmalıdır. Ölkə ərazisinə daxil olandan etibarən onların hərəkəti izlənilməlidir. Əməliyyatçılar belələrinin barəsində hələ cinayətə hazırlıq mərhələsində xəbər tutmalı və onları yaxalamalıdır”-Abroskin deyib.
Ukrayna hüquq-mühafizə orqanlarının və Avakovun özünün bundan əvvəlki bəyanatları nəzərə alınarsa həmin əməliyyatın əsas hədəfinin “Lotu Quli” olduğu təxmin edilir. Son vaxtlar yayılan xəbərlərə görə onun adamları Ukraynaya yollanıblar və Arsen Avakovun qoruya bilmədiyi azərbaycanlı biznesmenlərə “krışa” təklif edirlər.(Virtualaz.org )

BIR CAVAB BURAXIN