Erməni lobbisi AŞPA-dakı bəzi türkiyəli deputatları pulla ələ alıb?

0
584

Bu ilin oktyabr ayının 11-də AŞPA-da həmməruzəçilər Stefan Şennak və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə 14403 saylı Qətnamənin qəbul olunmasının lehinə türkiyəli deputatlar Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsicinin də səs verməsi Azərbaycanda narazılıqla qarşılanıb. Arazinfo.com-un məlumatına görə, məsələ ilə bağlı irəli sürülən bəzi ehtimallara görə erməni lobbisi AŞPA-da təmsil olunan bəzi türk deputatlarını pulla ələ alıb. Bu ehtimalın həqiqətə uyğun olub olmamasını söyləmək çətindir. Ancaq işğal edilmiş Azərbaycan ərazilərinə səfər edən Türkiyə vətəndaşlarının  məsuliyyətə cəlb edilməməsi öz növbəsində erməni lobbisinin bizə qardaş ölkənin hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarını öz təsirləri altına ala bilməsi barədə yeni şübhələrin ortaya çıxmasına səbəb olub.

BIR CAVAB BURAXIN