Erməni komitəsi Pompeoya məktub göndərib

0
252

Konqresin Erməni məsələləri üzrə komitəsi ABŞ Dövlət katibi Maykl Pompeoya məktub göndərib.

Mediainfo.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, məktubda ABŞ-la Ermənistan arasında strateji dialoqun daha da genişləndirilməsinin vacibliyi vurğulanır: “ABŞ hazırki vəziyyətdə Ermənistana münasibətdə daha çevik siyasət yeritməli, ABŞ-Erməni müvəqqəti qrupu vasitəsi ilə qısa və ortamüddətli iqtisadi əlaqələrin genişləndirilməsinə xüsusi diqqət ayırmalıdır.  Bu gün Ermənistanla siyasi, iqtisadi, hərbi və mədəni əlaqələr yeni inkişaf səviyyəsinə qaldırılmalı, bu ölkədəki demokratik proseslərə ən yüksək səviyyədə dəstək verilməlidir”.

Məktubda Ermənistandakı demokratik proseslərin dəstəklənməsinin iqtisadi sahəyə keçirilməsi, ikiqat verginin ləğvi barədə anlaşma imzalanmasının, gömrük rüsumlarının ləğv edilməsinin, o cümlədən rüsumsuz ərzaq mallarının siyahısının artırılması, Yerevanla Los-Anceles arasında birbaşa və mütəmadi təyyarə reyslərinin təşkil edilməsinin vacibliyi tövsiyə edilir