Erməni əsgərlər qorxudan döyüş meydanını tərk edirlər

0
391

 

743a052ef63862Erməni əsgərlər komandanlığın əmrlərinə tabe olmaqdan imtina edir.Hərbi mənbələrdən Milli.Az-a daxil olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrinin hərbi qulluqçuları komandanlığın əmrlərinə tabe olmurlar.

Belə ki, son günlər cəbhə xəttində vəziyyətin gərginləşməsi səbəbindən döyüş mövqelərinin gücləndirilməsi məqsədilə oraya gətirilən erməni əsgərlər Azərbaycan silahlı qüvvələri tərəfindən həmin postlara atəş zərbələri endirilən zaman mövqeləri tutmaq əvəzinə, sığınacaqlara girərək oradan çıxmaqdan imtina edirlər.

Eyni zamanda xidmət şəraitinin pis olması və nizamnamədən kənar münasibətlər nəticəsində bir sıra hərbi qulluqçuların xidmət yerini özbaşına tərk edərək müxtəlif yollarla Ermənistan istiqamətində qaçmalarının qarşısının alınması məqsədilə müvafiq yerli strukturlar tərəfindən əməliyyat tədbirləri keçirilir.

İşğal altında olan ərazilərdə hərbi xidmətin ağırlığı, yerli hərbçilər tərəfindən qeyri-insani münasibət və son günlər cəbhədəki gərginliyə dözə bilməyən Ermənistan hərbi komissarlıqlarından çağırılan gənclərin özlərinə qəsd etməsi də sistematik hal alıb. Çoxsaylı faktlara əlavə olaraq, məlum olub ki, dağ-atıcı alayının hərbi qulluqçusu Mkrtıç Qaşyan və Artuş adlı gənc əsgər qolunun damarlarını doğrayaraq intihara cəhd ediblər.

Ermənistan hərbi-siyasi rejimi isə hər ötən gün artan özbaşınalıqların və buna etiraz olaraq artan narazılığın qarşısını almaqda getdikcə daha çox çətinlik çəkir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twelve + three =