Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır

0
1557

Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır

Azərbaycan xx əsrin əvvəllərindən neftin sənaye üsulu ilə çıxarılmasına nail olmusdur.Ölkəmiz qara qızılın ixraci ilə uzun illər bundan əvvəl məşğul olmusdur.İkinci dünya muharibəsi illərində qalibiyyətin ən böyük səbəblərindən biri də Azərbaycan nefti idi. Uzun illər sovetlər birliyi tərəfindən sərvətlərimiz talanmisdir.Yalniz müstəqillik illərindən sonra sərvətlərimiz xalqın rifahı uğruna istifadə olunmağa başladi. Muxtəlif beynəlxalq müqavilələr enerji sahəsində ölkəmizi aparıcı mövqedə çıxış etməyə imkan yaratdi. Prezidentimiz cənab İlham Əliyev çox gözəl şəkildə bildirmişdi: “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Təbii ki, bu layihə əlavə səylər tələb edəcəkdir.” Eyni zamanda, dövlətimizin başçısı “Şahdəniz” layihəsinin Avropanın enerji xəritəsini dəyişəcəyinə əmin olduğunu bəyan etmişdir.
Təbii ki, “Şahdəniz-2” layihəsi enerji təhlükəsizliyi layihəsidir. Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyindən ayrılmazdır. Enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır. Bu səbəbdən enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi Azərbaycan kimi istehsalçı ölkə, həmçinin tranzit və istehlakçı ölkələr üçün eyni dərəcədə vacibdir.
Bu layihə çərçivəsində il ərzində hasil ediləcək 16 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq. Göründüyü kimi, Azərbaycan hasil etdiyi təbii qaz həcmlərini Avropanın getdikcə artmaqda olan enerji böhranından çıxarmaq üçün əsaslı vasitəyə çevrilmişdir.

Zərdab rayon Məmmədqasımlı kənd tam orta məktəbin müəllimi- Samirə Eyvazova.