Elşad Miri: “Gör bu din nə gündədir ki…” – QALMAQAL

0
696

 

Kulis.azda “İşdən kənar” layihəsində Tövbə cəmiyyətinin sədri Hacı Əbdülün müsahibəsi yayımlanıb. O, tanınmış ilahiyyatçı Elşad Miri haqqında “şeytan” ifadəsini işlədib:

 

“Elşad Miri haqqında bir kəlmə bunu deyim ki, o, şeytandı. Yəhudilərdə islam dinini elə gözəl bilənlər var ki, heç müctəhidlər o qədər bilmir. Hamısının məqsədi dinimizi məhv etməkdi”.

 

Kulis.az məsələ haqqında Elşad Miridən münasibət öyrənib. Elşad Miri cavabında Hacı Əbdül haqqında bunları söyləyib:

 

“Bu adama nə cavab verim ki? Heydər Əliyev bu adam haqqında söz deyəndən sonra bizim əlavə söz deməyimiz ayıb olar… Onun şəxsi ilə heç bir işim yoxdu, nə dediyinə də əhəmiyyət vermirəm. Sadəcə orda deyir ki,  Yəhudilərdə islam dinini elə gözəl bilənlər var ki, heç müctəhidlər o qədər bilmir. Gör onda bu din nə gündədir ki, (əstəğfürullah) bu dinin öz müctəhidləri onun haqqında bilmir, başqaları, yəhudilər bu dini hamıdan yaxşı bilirlər. Bu nə deməkdir? Biabırçılıqdır sadəcə olaraq”.

 

Daha sonra Elşad Miri ilahiyyatçı kimi Hacı Əbdülü bu cür xarakterizə edib: “Dindən istifadə edənlərdən biri… Dini biznesmenlərdən biri kimi… Allah onun canını sağ eləsin.”

BIR CAVAB BURAXIN