Qalmaqallı açıqlamaları ilə gündəmi lərzəyə salan xanəndə Elnarə Abdullayeva Xəzər TV-də həftə içi 5 gün yayımlanan “Hər şey daxil” verlişində qonaq olub.
Elnarənin canlı efirdə dilə gətirdiyi etiraflar aparıcı ilə yanaşı qonaqları da heyrətə salıb.
“Bu neçə ildə ki mən bu yola gəlirəm, heç kim məndən inciməsin, mənə gələn bütün telefon zənglərini özüm cavab verirəm. Mən yanımda ora-bura heç kimi dartmıram. Çünki, adamı döymək istəsələr toyda, bir konsertdə 100 nəfər can güdənin olsun sənin başıvı əzərlər. Sən özünlə adam aparmaqla kiminsə qabağına keçə bilərsən? Xalqdan, camahatdan, millətdən özünü qoruma. Sən özünü özündən qoru. Hərəkətlərindən, əməllərindən qoru”.
Elnarə Abdullayevanın qalmaqallı və səs-küylü çıxışını sizə təqdim edirik: