“Elə bildim zarafatdır” – İşiquronun Nobel reaksiyası

0
514

 

“Nobel Komitəsindən mənə zəng edəndə elə bildim bu, bizim “feyk xəbərlər” dövrünün ruhuna uyğun olan bir zarafatdır.” Bu fikirləri mətbuata açıqlamasında 2017-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kazuo İşiquro səsləndirib.

 

O, daha sonra İsveç Akademiyasının nümayəndəsinin nəzakətli münasibətinə də heyrətləndiyini bildirib: “Onlar məndən soruşdular ki, Stokholma gəlib mükafatın təqdimetmə mərasimində iştirak etmək üçün bir az boş zamanım olmaz? Mən də onlara cavab verdim ki, işim başımdan aşsa da onlara görə bir neçə görüşümü təxirə sala bilərəm.”

 

Kazuo İşiquro etiraf edir ki, yazı üslubu və dünyagörüşünün formalaşmasında mənşəyinin əhəmiyyətli rolu var: “Mən yapon valideynlər tərəfindən tərbiyə almışam. Onlar isə yapon mədəniyyətinə böyük rəğbət bəsləyir və evdə də onu tətbiq edirdilər. Buna görə də mən böyüdükcə dünyaya həmyaşıdlarım kimi deyil, fərqli baxırdım.”

 

Xatırladaq ki, İsveç Akademiyasının rəhbəri Sara Danuis İşiquronu parlaq romançı və böyük söz ustadı hesab edib. Onun sözlərinə görə İşiquronun üslubu Ceyn Ostinin realizmi ilə Frans Kafkanın absurd peotikasının heyrətamiz qarışığından yoğurulub.

BIR CAVAB BURAXIN