Ekspert: “İsrail hərbi sahədə Azərbaycan üçün olduqca əhəmiyyətli tərəfdaşdır”

0
528

11

Gələn ay İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri planlaşdırılıb. Səfər zamanı iki ölkə arasında siyasi, istisadi, o cümlədən hərbi sahədə əməkdaşlığın daha da genişləndirilməsi məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Netanyahunun Azərbaycana səfərinin nəinki iqtisadi, siyasi, həm də hərbi baxımdan xüsusi önəm daşıyacağına diqqəti cəlb edən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov: “Azərbaycanla İsrail arasında hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi ölkəmiz üçün xüsusi önəm daşıyır. Belə ki, İsrail hərbi sahədə Azərbaycan üçün olduqca əhəmiyyətli tərəfdaşdır. Bu ilin aprel döyüşləri zamanı İsraildən alınan hərbi texnika, o cümlədən pilotsuz təyyarələr qələbəmizdə önəmli pay sahibi oldu. Bu baxımdan Azərbaycanın İsraillə daha sıx hərbi əlaqələr qurması milli maraqlarımıza uyğundur. Belə hesab edirəm ki, Netanyahunun səfəri zamanı ölkəmizin bizə dost olan dövlətdən yeni müasir silahların alınması əsas müzakirə hədəflərindən biri olacaq. Bu isə olduqca vacibdir. Belə hesab edirəm ki, Netanyahunun səfəri hərbi sahədə də Azərbaycan-İsrail əlaqələrinin daha da möhkəmlənməsinə yol açacaq”,-dedi.

BIR CAVAB BURAXIN