Ermənistanın 3 keçmiş prezidentindən heç biri ölkədə keçirilən müstəqillik bayramı tədbirlərində iştirak etməyəcəklər.
Vitse-spiker Paşinyanın əvvəlcə Sarkisyan və Koçaryanı rəsmi şəkildə siyası meyit adlandıraraq təhqir etdiyini, sonra isə onları bayram tədbirlərində iştirak etməyə dəvət eləməsini onun qeyri-etik davranışları ilə əlaqələndirib.
Şarmazanov: ” Paşinyan buna görə hər iki eks-prezidentdən üzr istəməlidir. Paşinyan bir söz deyir, amma dediyinin əksinə hərəkət edir. Onun belə saxta nəzakəti sadəcə olaraq qəbuledilməzdir”,-deyib.
Ermənistan mətbuatının verdiyi məlumata görə ölkənin birinci prezidenti Levon Ter-Petrosyan da bayram tədbirlərində iştirak etməyəcək. Bu barədə aysor.am-a açıqlamasında Erməni Milli Konqresinin mətbuat katibi Arman Musinyan deyib. O Petrosyanın müstəqillik günü ilə bağlı tədbirlərə dəvət edildiyini, ancaq onda iştirak etməkdən imtina etdiyini söyləyib.